“Ermənistanın müflis olma təhlükəsi yaranıb”

“Ermənistanın müflis olma təhlükəsi yaranıb”

“Türkiyənin bu günkü fəaliyyəti onun regional lider olmağa can atmasının göstəricisidir. Bu isə Türkiyənin xarici siyasətində Azərbaycanın əhəmiyyətini ciddi şəkildə artırır”.

Vətəninfo.az  “Strateq.az”-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın eks –prezidenti Robert Koçaryan 2dr.am saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, belə şərait Türkiyənin Qarabağ məsələsində “birtərəfli” (Azərbaycana dəstək -red) mövqeyini gücləndirir.

Koçaryan həmçinin 2009-cu ildə imzalanmış erməni-türk protokolarının Türkiyə-Ermənistan arasındakı proseslərdə mənfi rol oynadığını açıqalyıb və bu sənədləri “ölü doğulmuş körpə” adlandırıb.

“Bu protokollar həm Türkiyədə, Ermənistanda, həmçinin beynəlxalq ictimaiyyətdə gerçək olmayan gözləntilər yaratdı. Ümidləri doğrultmayacaq belə yalançı gözləntilər isə hazırkı situasiyanı da pisləşdirir. Erməni-türk sərhəddinin açılmasına daha  heç kim inanmır. Bu isə Ermənistanın protokollardan əldə edə biləcəyi yeganə fürsət idi” -deyə o vurğulayıb.

R. Koçaryan Ermənistandakı hazırkı sosial - siyasi vəziyyətin ağır olduğunu qeyd edib: “Ölkənin valyuta ehtiyatlarının dinamikası çox aşağı düşüb. Xarici borclar artmaqda davam edir. Sonuncu borcalma ilə bağlı 7,5 faizlik bondlar ölkə iqtisadiyyatının necə acınacaqlı durumda olduğunu göstərdi. Bu, ölkədə müflis olmaq təhlükəsi yaradıb. Borcalma vəziyyətdən çıxış yolu deyil. İqtisadiyyatda radikal dəyişiklilkər baş vermir”.  

Koçaryan İranla ABŞ arasında bağlanmış Lozanna sazişinə ümid bağladıqlarını etiraf edib. Onun sözlərinə görə, İran üzərindən sanksiyaların götürülməsi Ermənistan iqtisadiyyatı üçün yeni imkanlar açacaq. “Bu, perspektivdə regiondan sıxışdırlaraq çıxarılan İranın bölgənin geopoltik xəritəsində yerini balanslaşdıracaq”-deyə eks prezident qeyd edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az