Ermənistanın xarici işlər naziri sabah istefa verəcək-Nalbandyan gedir

Ermənistanın xarici işlər naziri sabah istefa verəcək-Nalbandyan gedir
"İnterfaks" xəbər verir ki, Ermənistanın baş naziri Ovik Abramyan Nazirlər Ksbinetinin üzvləri ilə vida görüşü keçirib.

"Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Gözlənildiyinə görə, Ovik Abramyanın istefası barədə sabah günortadan sonra elan ediləcək. Yeni baş nazir Karen Karapetyan təyin olunacaq", - agentliyin həmsöhbəti belə deyib.

Onun sözlərinə görə, həmçinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın istefası gözlənilir. "Çox güman ki, bu vəzifəyə Ermənistan prezidenti aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək", - o bildirib./Virtualaz.org/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az