Vətəninfo.az xəbər verir ki, ABŞ-da Maykl Braun adlı məktəblini qətlə yetirilmiş polis zabiti azadlıqğa buraxıldqdan sonra ötən gündən başlanan etiraz aksiyası bu gün də davam etdirilib.
Aksiya iştirakçıları 10-dan çox ticarət mərkəzinə, polis maşınlarına od vurublar. Polis etirazçıları dağıtmaq üçün tüstü və bibər qazından istifadə edib. Məhəllədə fasilələrlə davam edən atəş səsləri eşidilib.

Etirazlar Amerikanın digər şəhərlərini də bürüyüb. Nyu-Yorkun Tayms meydanında etirazçılar “polis zülmü” yazılı plakatlar gəzdirərək, polis zorakılığına qarşı mitinqlərdə populyarlaşan “Əllərim yuxarıdır, atəş açma!” şüarını səsləndiriblər.

Okland və Çikaqo şəhərlərində etirazçılar avto-magistrallarda toplaşıb vəəllərini yuxarı qaldıraraq maşınların qarşısını kəsiblər. Etirazçılardan ibarət kiçik bir qrupsa Ağ Evin önündə toplaşıb.
Qətlə yetirilmiş gəncin ailə üzbləri aksiya iştirakçılarına müraciət edərək, onlardan dağılışmağı xahiş edib.

Ağ Evin yaydığı bəyanatda prezident Barak Obama bəzi insanların bu qərardan dərin məyusluq hissi keçirdiklərini bildiyini etiraf edib, lakin etirazçıları sakitliyə çağırıb.

Rəsmi məlumatlara görə, iğtişaşlar zamanı xəsarət alan olmasa da, 30-a yaxən etirazçı saxlanılıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib