Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayını açıqlayıb.
“Vətəninfo.az”ın məlumatına görə, nazir jurnalistlərə müsahibəsində bildirib ki, "Eurovision"a gələn qonaqlarla bağlı müxtəlif rəqəmlər səslənə bilər:
“Rəsmi olaraq, müsabiqənin iştirakçıları və nümayəndə heyətləri ilə bağlı olan qonaqların sayı təxminən 6-7 min civarındadır. Eyni zamanda, Azərbaycanın sərhədini 15 gün müddətində 103 min adam keçib. Adətən 15 gün müddətində Azərbaycana 30-40 min nəfərdən çox adam gəlmir. Bu, normal qaydadır”.
Qarayev daha sonra əlavə edib, müsabiqə ərəfəsində və günlərində ölkəmizə turizm məqsədilə gəlmiş insanların sayının 50 mindən çox olması nəticəsinə gəlmək olar. "Eurovision" mühitinə daxil olmaq, bu sevinci yaşamaq, insanlarla bərabər olmaq ücün Azərbaycana gələnlərin sayı artıb. Əminəm ki, "Eurovision"un Azərbaycanda böyük uğurla keçirilməsi ölkəyə turist axının çoxalmasına böyük təkan verəcək”.
Nazir müsabiqə ərəfəsində və günlərində Azərbaycana daha çox gediş-gəliş üçün nəqliyyatı asan, birbaşa aviareysləri olan ölkələrdən, qonşu dövlətlərdən - Gürcüstan, İran, Türkiyə və Orta Asiyadan, hətta ABŞ-dan da Azərbaycana xüsusi turist qruplarının gəldiyini söyləyib.
Könül İbrahim
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?