Evlərini canavarla qoruyan kəndlilər

Evlərini canavarla qoruyan kəndlilər

Qazaxıstanda kəndlilər torpaqlarını qorumaq üçün getdikcə daha çox canavarlardan istifadə etməyə başlayırlar.

Vətəninfo.az xəbər verir ki, yerli sakinlər canavar balasını 500 dollara aldıqlarını deyirlər. Ovçular əmindir ki, yaxşı davransan bu yırtıcı heyvan əhliləşə bilər.

 

Cənub-şərqi Almata bölgəsindən olan Nurseit Jilkişabay KTK televizya kanalına bildirib ki, o Kurtka adlı canavar balasını üç il bundan əvvəl ovçulardan alıb və heyvan onun həyətində gəzişir və çox xoşbəxdir.

“Onun ağzı heç vaxt bağlı olmayıb, mən çox nadir hallarda onu zəncirləyirəm və davamlı olaraq onu kənddə gəzdirirəm. Bizim ailəmiz və qonşularımız ondan qətiyyən qorxmur,” - cənab Jilkişabay iddia edir. “Əgər canavar yaxşı qıdalanar və qayğı göstərilərsə, o sənə hücum etməz, baxmayaraq ki, o, itlə müqayisədə daha çox yeyir”.

Lakin canavar eksperti Almas Zaparov deyir ki, bu heyvanlar evdə saxlamaq üçün “çox təhlükəlidir”. “Canavar saatlı bombaya bənzəyir, istənilən an partlaya bilər,” - Zaparov KTK kanalına danışıb.

“Tədbir görülməzsə bu ənənə imkanlı qazaxlar arasında yayıla bilər, canavarları həyətlərində saxlamağa başlayarlar. Bu da ölümcül nəticələrə gətirib çıxara bilər", - o xəbərdarlıq edib.

Sosial media istifadəçiləri bu yeni tendensiyadan çox narahatdırlar. Bəziləri isə canavarları geri toplamadığı üçün hökuməti günahlandırır.

“Canavarların qarşısını almaq üçün canavarlardan istifadə edən kəndliləri qınamaq olmaz,” bir istifadəçi Nur xəbər portalına deyib. Digər istifadəçi isə qara yumordan istifadə edir: “Qoyunlar örüşdə, canavarlar isə toxdur – lakin heç kim çobanı tapa bilmir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az