Evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü
Tərtərdə qətl hadisəsi baş verib.
Vətəninfo.az "Report"a istinadən
xəbər verir ki, rayonun 29 yaşlı sakini Zeynalov Fərid İntiqam oğlu bir
neçə gün əvvəl evlənmək məqsədi ilə qaçırdığı 19 yaşlı Qurbanova Tofiqə
Məhəmməd qızını öldürüb.
Tərtər Rayon
Prokurorluğundan sayta bildirilib ki, istintaqa məlum olan ilkin
məlumatlara görə, F.Zeynalov ailəli olub və qaçırdığı T.Qurbanovanı
birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib. Onlar bir yerdə
yaşayıblar. Bu gün isə qadınlar arasında mübahisə düşüb. Mübahisə davaya
çevrilib. Bu zaman F.Qurbanov qaçırdığı qızı boğaraq öldürüb.