Çexiya prezidenti Yerevana gedir

Çexiya prezidenti Yerevana gedir

Bu gün Çexiya prezidenti Miloş Zeman Yerevana səfər edəcək.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan prezidentinin dəvəti ilə baş tutacaq səfər 3 gün davam edəcək.

Məlumata əsasən, Çexiya prezidenti səfər zamanı Ermənistan rəsmiləri ilə Yerevanda ikitərəfli, həmçinin Ermənistan və Aİ arasında münasibətləri, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə edəcək.

Çexiya prezidentinin səfəri zamanı ermənistanlı həmkarı Serj Sarkisyan, parlament spikeri Qalust Saakyan və baş nazir Ovik Abramyanla da görüşlər keçirəcəyi gözlənilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az