Əxlaqsızlıq yuvası aşkar edildi

Əxlaqsızlıq yuvası aşkar edildi
Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Şəmkir sakininin qadınları toplayaraq fahişəliklə məşğul olduğu müəyyən edilib.

Qazaxa gələn Nuriyyə Qurbanova kirayə ev tutaraq orada müxtəlif məbləğdə pul müqabilində qadınların əxlaqsızlıqla məşğul olmasına şərait yaradıb. Saxlanılan qadın əməlini etiraf etməyib. O, Qazaxda kafelərdən birində ofisiant işlədiyini bildirib. Amma qadının evində qalan Gülər Məmmədova onun dediklərinin əksini söyləyib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır. /Region TV/

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az