Eyyub Hüseynov: «Nazirlər Kabinetinin bu qərarı hər addımbaşı pozulur»

Eyyub Hüseynov: «Nazirlər Kabinetinin bu qərarı hər addımbaşı pozulur»

«İndiki şəraitdə malların üzərinə istehsalçı şirkətlər tərəfindən yerindəcə qiymət qoyulması mümkün deyil. Çünki azad bazar iqtisadiyyatıdır. Belə tələb qanunlarda da yoxdur və azad bazar iqtisadiyyatında da belə olmalıdır». 

Bunu «Vətəninfo.az» saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib: «Ancaq istehsalçı şirkət istehal etdiyi malın üzərinə qiymət vura, yaxud vurmaya bilər. Bu da məcburi deyil. Bazar tələb və təklif auksiyonu ilə tənzimlənir». 

Bəzi müəssisələr, o cümlədən “Coca-cola”nın da qiymətləri pozduğunu diqqətə çatdıran Eyyub Hüseynov əlavə edir ki, qiymət siyasəti Nazirlər Kabinetinin 80 saaylı qərarı ilə tənzimlənir. Qərarda yazılır ki, malın üzərində maddi məhsul şəxsin imzası olan rəsmi qiymət sənədi olmalıdır. Bu qərar pozularsa AR İnzibati Xətalar Məcəllsində satıcıları 1500 manata qədər cərimə gözləyir: “Çox təəssüf ki, Nazirlər Kabinetinin bu qərarı hər addımbaşı pozulur. Belə ki, satışın avtomatlaşdırıldığı, müasir texnologiyalardan istifadə olunan böyük marketlərdə insanlar aldadılır. Bizə gələn şikayətlər göstərir ki, malın üzərində başqa, “skayner”də isə ondan daha yüksək qiymət qoyulur”. Bu cür satış olan yerlər haqqında İqtisadi İnkişaf Nazirliyinə məlumat verdiklərini xatırladan Eyyub Hüseynov deyir ki, nazirlik bu məsələyə göz yumaraq bir nəticə əldə etməyib. O, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti şişirdilmiş qiymətlərlə bağlı demək olar ki, effektli iş aparmadığını söyləyib. Onun sözlərinə görə, “Cola”nın qiyməti bir çox yerlərdə, o cümlədən Bulvar, kafe və restoranlarda şişirdilmiş qiymətlərə satılır və bunun qarşısı alınmır. 

Firudin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az