Millət vəkili Fazil Mustafanın “Tarixdə Azərbaycan dövləti olmayıb” fikri Azərbaycanda olduğu kimi, Ermənistanda da böyük rezonans doğurub.
Axar.az xəbər verir ki, əllərinə fürsət düşən erməni mediası millət vəkilinin gündəm yaradan sözlərini dünəndən etibarən anti-təbliğat kimi tirajlayır.
Erməni mediası Azərbaycan əleyhinə anti-təbliğat yazılarında millət vəkilinin əsasən bu fikirlərinə yer verib:
“Tarixdə Azərbaycan adlı dövlət olmayıb. Mənim bildiyim fakt budur ki, Azərbaycan adında ilk dövlət 1918-ci ildə yaranıb. Bugünkü Azərbaycan da həmin dövlətin varisidir. Əksini iddia edən, etiraz edən varsa, nümunə gətirib bizləri inandırsın. Dünəndən bəri izləyirəm, bircə dənə də olsun tutarlı əks-arqumentə rast gəlmədim. Biz xalqımıza gerçəyi söyləməliyik”.

Millət vəkilinin Azərbaycan adının 1918-ci ildən rəsmiləşdirilməsi fikrinə bu aspektdən yanaşılarsa, qeyd etmək lazımdır ki, indiki adı İran, Türkiyə, Rusiya və s. olan böyük dövlətlərin də adı tarixən fərqli olub və Rusiya – Kiyev-Rus Knyazlığı, Almaniya – Prussiya Krallığı, Türkiyə – Osmanlı imperiyası olaraq adlanıb.
Ancaq təəssüf ki, Fazil Mustafanın kontekstdən çıxardığı bu məntiqdən haqlı olaraq sui-istifadə edilir. Çünki millət vəkili özü fikrini sona qədər açıqlamamaqla bilərəkdən, ya bilməyərəkdən yağıya fürsət vermiş oldu.
Xatırladaq ki, F.Mustafanın bu fikri İran mediasında da böyük həvəslə tirajlanır.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev