Fəxri ad alan jurnalistlərə görə büdcədən ayda 3660 manat xərclənəcək
Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi ilə əlaqədar 61
jurnalistə fəxri adlar verildi. Bu gün isə fəxri adların döş nişanları
qələm sahiblərinə təqdim olundu.
Ölkə prezidentin sərəncamı ilə
KİV nümayəndələrindən 44 nəfər "Əməkdar journalist”, 17 nəfər isə
"Əməkdar mədəniyyət işçisi” fəxri adı aldı.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, "Şəffaflıq Azərbaycan” təşkilatının məlumatına
görə, 61 jurnalistin fəxri adlara görə təqaüdü dövlət büdcəsinə ayda
3660 manata başa gələcək.
Qeyd edək ki, Azərbaycanda "Əməkdar” fəxri
adı üçün 60 manat təqaüd müəyyən edilib. ("Xalq” fəxri adı üçün
təqaüdün məbləği 100 manatdır).
İyulda daha 2 jurnalistə
prezidentin fərdi təqaüdü kəsilib. Bu təqaüdün məbləği 1000 manatdır.
İki yeni fərdi təqaüdçü üçün büdcədən ayda 2000 manat ödənəcək.