Fəzail Ağamalı Mirzə Xəzərə şərəfsiz dedi

Fəzail Ağamalı Mirzə Xəzərə şərəfsiz dedi

Vətəninfo.az xəbər verir ki, Bakıda 1-ci Avropa Oyunlarında çıxış edən Azərbaycanlı idmançı Həsən Əliyevin Ermənistanlı idmançıya uduzmasından sonra, Ana Vətən Partiyası sədri,millət vəkili Fəzail Ağamalı özünün facebook səhifəsində status paylaşaraq idmançımızın erməni qarşısında uduzmasına təssüfləndiyini, amma Həsənin istənilən halda qalib gəlməsinin vacib olduğunu qeyd etmişdi. Fəzail Ağamalı yayımladığı statusta heç bir Azərbaycan idmançısının erməni qarşısında uduzmasının yolverilməz olduğunu və idmançılarmızın ermənilərlə istənilən yarışda qalib gəlməyə borclu olduqlarını burğulamışdı. AVP sədrinin paylaşmış olduğu statusla bağlı  hazırda ABŞ-da yaşayan tanınmış jurnalist Mirzə Xəzər tənqidi fikirlər yaazaraq Fəzail Ağamalı ilə bağlı sər açıqlamlar paylaşıb. AVP sədri Mrzə Xəzərin yayımladığı açıqlamaya cavabı o qədər də gözlətmədi və yenidən özünün facebook səhifəsində Mirzə Xəzərə cavab yazıb.
Vətəninfo.az həmin cavabı olduğu kimi təqdim edir.


Hörmətli Mirzə Xəzər!
Sən mənim yaddaşımda 1988-1990-ci illərdəki Azərbaycanda gedən proseslərə həssas yanaşan, yaşadığımız çətin və şərəfli günləri, faciələri bölüşən və soydaşlarımıza çatdıran bir insan kimi həkk olunmusan. Ancaq 1998-1990-cı illərdə! Ondan sonrakı illərdə mənsub olduğun çevrənin Sənə cızdığı çevrə daxilində Azərbaycana qarşı anti-Azərbaycan mövqeyiniz Səni bizlərdən, Xəzər sahilində və Xəzər ətrafında yaşayan həmvətənlərinizdən çox-çox uzaqlara tulladı.
Bəli, mən idmançımızın erməniyə uduzmasını həzm edə bilmirəm. Bu mənim prinsipial mövqeyimdir. Mən özümü dərk etdiyim gündən ermənilərə nifrət edirəm. Çünki onlar mənim nəslimdən onlarla insanı 1918-ci ildə diri-diri yandırıblar, qılıncdan keçiriblər. Aralarında uşaq da olub, qadın və qocada! Genetik kodum erməniləri və ermənilərin yanında olanları bağışlamır.
Bəs Xocalı faciəsi?! Onu unutrmaq milli ləyaqətsizlikdi, AXI!
Sənin genetikanız məndən tamam fəqlidi. Bizim borcumuz ermənilər üzərində tarixi qələbə qazanmaq, sənin və səni dəstəkləyən şərəfsizlərin borcu isə hər zaman ermənilərin yanında olmaqdı.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az