FHN poliuretan üzlüyün vurulmasına icazə verib-FAKT

FHN poliuretan üzlüyün vurulmasına icazə verib-FAKT

Bu gün Binəqədi rayonunda baş verən yanğın hadisəsi və bu yanğın nəticəsində  vətəndaşlarımızın həlak olması, bir daha göstərdi ki, son günlər paytaxt Bakıda müxtəlif yaşayış binalarının üzərinə vurulan piliureten üzlüklər birbaşa insanların həyatını təhlükə altında qoymaq üçün ən münbit vasitədir. Yanğından sonra həm Respublika Prokroru, eyni zamanda da müxtəlif rəsmi orqanlar binanın üzərinə çəkilən poliuretan  üzlüyün keyfiyətsizliyinə toxunublar. Naraqlıdır kim zəmanət verə bilər ki. digər binalaraın üzərinə çəkilən üzlüklər keyfiyyətsiz deyil. Əgər keyfiyyətsizdirsə, o zman niyə belə bir üzlüyün vurulmasına icazə verilir?

İnternetdə buununla bağlı apardığımız araşdırma zamanı qarşımıza maraqlı bir sənəd çıxdı.


Vətəninfo.az
xəbər verir ki, Zərdabi prospekti sakinləri binanın üzərinə çəkilən poliuretan üzlüyün keyfiyyətli olub-olmaması ilə bağlı Fövqaladı Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi dövlət Yanğın Nəzarəti İdarəsinə müraciət ediblər. Qeyd olunan xidmətdən də vətəndaşlara cavab olaraq göndərilən məktubda qeyd edilir ki,  “müraciətinizə cavab olaraq bildiririk ki,Yasamal rayon Zərdabi prospektində  binanın üzlənməsində istifadə olunmuş üzlüyün Azərbaycan Respublikası DYMX yanğın tədqiqatı sınaq laborotoriyasının 08.11.2012-ci il tarixli  331 saylı sınaq pratolunda  “Global Stane” MMC-nin istehsal məhsulu olan kaparol boyası ilə işlənmiş poliuretan üzlüyün çətin yanan materiallardan olması bildirilmişdir”. Qeyd edək ki, bu məktubu imzalayan isə 2-ci Ərazi dövlət Yanğın Nəzarəti İdarəsi daxili Xidmət polkovniki  Elizar Qədimovdu.


Maraqlıdır bəs görəsən doğurdan da binaların üzərinə çəkilən qeyd olunan üzlüklər çətin yanan materialdan hazırlanırsa. Binəqədi rayonnda binanın üzərində çırta-çırtla yanan nədir?


Bunun cavabın yəqin ki, rəsmi orqanlar özləri tapacaqlar.

Vətəninfo.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az