İradə Cəlilova: “Gənc ailələrin sosial problemləri ilə bağlı araşdırmalar aparılacaq”
Bir qrup ictimai fəal şəxslər Gənc Ailələrə Sosial və Psixoloji Dəstək İctimai Birliyi təsis edib. İB-in sədri İradə Cəlilova təşkilatın məqsəd və vəzifələri barəsində məlumat verərkən qeyd edib ki, birliyin əsas məqsədi gənc ailələrə psixoloji, hüquqi, tibbi və sosial dəstək göstərmək və onların maarifləndirilməsindən ibarətdir. Eyni zamanda təşkilat gənc ailələrin sosial problemləri ilə bağlı araşdırmalar aparacaq, ailə quran gənclərin psixoloji xidmətlərə çıxışını təmin edəcək, gənc qadınların ailədaxili zorakılıqdan qorunmasına yardım göstərəcək, məişət zorakılığının qurbanı olan gənc qadınlara xidmətlər göstəriləcək. Bununla yanaşı gənc ailələrin məşğulluq problemlərinin həllinə dəstək göstəriləcək, gənc ailələrin övladlarının maarifləndirilməsinə dəstək veriləcək.
İ.Cəlilova onu da bildirib ki, birliyin geniş əməkdaşlıq proqramı işlənib hazırlanıb. Bura yerli təşkilatlarla yanaşı beynəlxalq təşkilatlarla əməkdaşlıq da daxildir. Bununla yanaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi ilə qarşılıqlı fəaliyyət göstəriləcək.
Qeyd edək ki, birliyin Facebookda öz səhifəsi yaradılıb və fəaliyyəti ilə bağlı mütamadi olaraq səhifədə məlumatlar yerləşdiriləcək.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?