“Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə yeni yol çəkilişinin layihəsi hazırlanır. Bu yol Aeroport istiqamətindən başlayaraq, “İmamzadə” yolu daxil olmaqla Zazalı postuna qədər olan ərazini əhatə edəcək”.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə yeni irimiqyaslı layihələrdən danışarkən deyib. İcra başçısı bildirib ki, şəhərin nəqliyyat sektorunda önəmli yeniliklər gözlənilir.
“Tramvay yolunun çəkilişi də gündəmdədir. Hələlik xətlər və marşurutlar müəyyənləşdirilir. Yolun çəkilişinə 2015-ci ildə başlanılması nəzərdə tutulur. Şəhərin müasirliyinə uyğun olaraq, ilin sonunadək şəhərə müasir tipli, rahat yeni avtobuslar və taksilər gətiriləcək. Gəncədə vaqon istehsalı zavodunun istehsalı üçün 30 hektar ərazi ayrılıb. Təməlqoyma İsveçrənin «Stadler Rail Group»şirkəti ilə Nəqliyyat Nazirliyi tərəfindən bağlanmış müqaviləyə əsasən həyata keçiriləcək”.
İcra başçısı onu da vurğulayıb ki, vaqon istehsalıyla bağlı yaxın günlərdə nümayəndə heyəti ilə yenidən görüşəcəklər. “Görüş çərçivəsində təməlqoymanın vaxtı müəyyənləşəcək. Zavod inşa olunduqdan sonra isə istehsal müəssisəsində 400-dən artıq şəhər sakini işlə təmin olunacaq. Bununla yanaşı şəhər daxili sərnişindaşımada da dəyişikliklər olacaq. Köhnəavtobuslar yeniləri ilə əvəzlənəcək və yeni taksilər ilin sonuna qədər fəaliyyətə başlayacaq”.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT