General işdən çıxarıldı - Aydın Əliyevdən ciddi dəyişiklik

General işdən çıxarıldı - Aydın Əliyevdən ciddi dəyişiklik

Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib. 

Məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general –mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. O, rəhbəri olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.

G. Muradlınının yerinə Balakən Gömrük İdarəsinə ötən ilin oktyabırında rəis təyin olunan polkovnik Baba Salayev təyin edilib. B. Salayevin yaxın müddətdə general-mayor rütbəsi alacağı gözlənilir.

B. Salayev əvvəl Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini işləmişdi. (AzVision.az)

Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az