General mayın 9-dək Putinin əsas hədəflərini açıqladı...

General mayın 9-dək Putinin əsas hədəflərini açıqladı...

Rusiya diktatoru Putin üçün Mariupolun ələ keçirilməsi və onun müdafiəçilərinin əsir alınması böyük əhəmiyyət kəsb edir. Mayın 9-na kimi "maksimum” vəzifə Putin ordusunun bütün Donbas ərazisini ələ keçirməsi sayıla bilər.

Moderator.az xəbər  verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin istefada olan generalı Andrey Kojemyakin  "Gordon" nəşrinin baş redaktoru Alesya Basmana müsahibəsində danışıb.
 
"İndiki vəziyyətində Putin və onun ətrafının, hərbi rəhbərliyin mayın 9-na kimi tam olaraq nə etmək istədiklərini təsəvvür etmək çətindir. Bu, psixolojidir. Düşünürəm ki, onlar kiçik, lakin sonra yaxşı şişirdilib nümayiş etdiriləcək qələbə istəyirlər. Məsələn, 2014-cü ilin dövrünün Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə çatmaq üçün Slavyansk, Kramatorsk, Severodonetsk istiqamətində hücuma keçmək. Təbii ki, Mariupolun ələ keçirilməsi və onun müdafiəçilərinin təslim olmağa məcbur edilməsi və ya məhv edilməsi Putin üçün çox vacibdir”- deyə general bildirib.
 
Kojemyakinin sözlərinə görə, rusların Ukrayna paytaxtını ələ keçirmək üçün ikinci cəhdini də istisna etmək olmaz.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az