Generalın Çexiyada villa almasına — RƏSMİ MÜNASİBƏT

Generalın Çexiyada villa almasına — RƏSMİ MÜNASİBƏT
Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın Karlovı Varı şəhərində villasının olması xəbərinə münasibət bildirib

Miq.az  xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi vəzifəsini icra edən Ehsan Zahidov Femida.az-a açıqlamasında bildirib ki, Karlovı Varıda villa sahibi olan Sahib Mirzəyev əslində başqa şəxsdir:

"DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi olan Karlovı Varıda ev alması barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. Düzdür, qeyd olunan ünvandakı daşınmaz əmlak Sahib Mirzəyev ad-soyadlı bir azərbaycanlıya məxsusdur. Görünür, xəbəri hazırlayanlar da onun general Sahib Mirzəyev olduğunu zənn ediblər və nəticədə də anlaşılmazlıq yaranıb. Daha dəqiq olsun deyə, onu da bildirim ki, Çexiyadakı Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşən həmin evin sahibi 1946-cı ildə Bakı şəhərində anadan olmuş və 2001-ci ildən Karlovı Varı şəhərində daimi yaşayan Mirzəyev Sahib Güləli oğludur”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az