“Supermarketlərin arxasında böyük güclər durur”

“Supermarketlərin arxasında böyük güclər durur”

"Supermarketlər adi iş adamlarına məxsus deyil, onların arxasında böyük güclər durur”. Bunu iqtisadçı Nazim Məmmədov deyir. Onun sözlərinə görə, "idxal klanı” hərəkətə keçib:

"Supermarketlərin satdıqları məhsulların 70 faizi idxal mallarıdır. Əgər idxal mallarının gömrük siyahısına baxsaz, ölkəyə daxil olan malın dəyəri ilə satışı arasında yüksək qiymət fərqi görəcəksiniz. Bununla da nə qədər vəsait dövlət büdcəsindən yayındırılır. Sahibkar ƏDV ödəyirsə, mütləq malın idxal qiymətini göstərən qaiməni təqdim etməlidir. Əksər hallarla, bu qaiməni almaq onlara nəsib olmur, ya da qaimələr proksi şirkətlər tərəfindən dəyişdirilir”.

Nazim Məmmədov deyir ki, supermarketlər qarşısında iki yol qoyulub – ya sadə vergi ödəyicisi kimi dövriyyəsindən vergi ödəsin, ya da gəlirindən vergi verməklə həm də ƏDV ödəsin.

"Gömrük Komitəsi ləğv edilməlidir”

İqtisadçı deyir ki, əslində Gömrük Komitəsi ləğv edilməli və idxal vergiləri birbaşa Vergilər Nazirliyinə ödənilməlidir:

"Gömrük prosedur xidməti də ASAN xidmətə verilir”, deyən Nazim Məmmədov supermarketlərdə vergi müfəttişlərinin müşahidə aparmasını normal sayır və əlavə edir ki, ticarət obyektlərində vergi sistemi şəffaflaşdırmalıdır ki, büdcə öz proqnozlarını yerinə yetirə bilsin.

Sahibkarlar manatın devalvasiyasından sonra gəlirin azalmasını, alıcı qıtlığı yaranmasını və buna görə də ixtisara getmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Gün ərzində müraciəti imzalayan marketlərin baş ofislərindən açıqlama almaq cəhdlərimiz nəticəsiz qaldı. Marketlərdən əlaqə saxlayacaqlarını və ya rəsmi məktubla cavab verəcəklərini desələr də, onlardan hər hansı münasibət ala bilmədik. /azadliq.org/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az