Gömrük Komitəsində ciddi kadr dəyişikliyi – Səfər Mehdiyev idarə rəislərinin yerini dəyişdi

Gömrük Komitəsində ciddi kadr dəyişikliyi  – Səfər Mehdiyev idarə rəislərinin yerini dəyişdi
Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi baş verib.

AzVision.az-ın məlumatına görə, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovvəzifəsindən azad edilib. Onun yerinə Kənan Məmmədov təyinat alıb.
Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük idarəsinə gətirilib.
Qeyd edək ki, Pərviz Rəhimov azərbaycanlı oliqarx-milyarder İlham Rəhimovun qohumudur.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev mətbuata açıqlamasında qurumda ciddi islahatların aparılacağını bəyan edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az