GÜNÜN RƏZALƏTİ: Soyqırım günü “Space”-də şıdırğı konsert – VİDEO

GÜNÜN RƏZALƏTİ: Soyqırım günü “Space”-də şıdırğı konsert – VİDEO

Bu gün 31 Mart Dünya Azərbaycanlılarının Soyqırım Günüdür.

Miq.Az bizimyol.info-ya istinadla məlumat verir ki bu münasibətlə bütün kanallar əyləncəli verilişləri yığışdırsa da, "Space” kanalı əksinə, "Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirib.

Vətəndaşlar isə buna etiraz edərək sosial şəbəkələrdə kanal rəhbərliyini, həmin verilişdə iştirak edən müğənniləri tənqid edib.

Məsələ ilə bağlı açıqlama verən "Space” telekanalının vitse prezidenti Kamil Şahverdiyev telekanalın yayımında dəyişiklik etdiklərini, insanların əhval ruhiyyəsini qaldırmaq istədiklərini bildirib.

"Proqram bügünə uyğun hazırlanmışdı.Veriliş canlı olmayıb, əvvəlcədən çəkilmişdi. Bu gün üçün çəkilmiş proqram idi. Müğənnilər oxudular, biz düşündük ki, bu günü ağlaşma üzərində də qurmaq olmaz.Bir az millətin ruhunu qaldırmaq lazımdır.”

1554049216_1

1554049233_3

1554049180_2


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az