Gülər Əhmədova videoları bir il əvvəl görüb - EKSKLÜZİV

Gülər Əhmədova videoları bir il əvvəl görüb - EKSKLÜZİV

Sevinc Babayevanın sabiq millət vəkilini müdafiə edən video görüntü Qadın Hüquqları Müdafiə Cəmiyyətində çəkilib.

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetinin sabiq rektoru, hazırda Fransaya sığınan Elşad Abdullayevin yaydığı videolardan G.Əhmədova bir il əvvəl xəbərdar olub.

Vətəninfo.az-a bununla bağlı daxil olan məlumatda deyilir ki, hələ bir il bundan əvvəl Elşad Abdullayev Gülər Əhmədovaya verdiyi pulu geri qaytarmaq üçün müxtəlif formalarda təyziqlər edib. Amma sabiq millət vəkili bu təyziqlərə məhəl qoymayıb və işinə davam edib. E.Abdullayev isə onun etdiyi təyziqlərin nəticəsiz qaldığını gördükdə, Gülər Əhmədovanın mövcud internetpoçtünvanına hər kəsin bildiyi videonun surətini göndərib və pulunu verməyəcəyi təqdirdə bu videoların yayılacağını bildirib.

Redaksiyamıza daxil olan məlumata görə, bundan sonra G.Əhmədova vəziyyətin gərginləşdiyini görsə də, yenə də buna məhəl qoymayıb və düşünüb ki, E.Abdullayev videonu yaymaz.Sabiq millət vəkili bununla bağlı adekvat addım atmaq əvəzinə, internet poçt adresini bilən və daima onun poçt ünvanına gələn məktubları gözdən keçirən şəxsin bunlardan xəbərdar olduğunu gördükdə, bu hadisələrdən başqalarının xəbər tutmasının qarşısını almaq məqsədilə həmin şəxsi işdən uzaqlaşdırıb. Bunun nə qədər doğru olub-olmadığını deyə bilməsək də, daxil olan məlumatda qeyd olunur ki, Gülər Əhmədova bu hadisədən Sevinc Babayevanı da məlumatlandırıb. Bundan sonra isə S.Babayeva ilə Gülər Əhmədova arasında qalmaqal yaşanıb və uzun illərin rəfiqələri küsüşüblər.

Məlumata görə, bu küskünlük Sevinc Babayevanın atasının yas mərasimində də davam edib və Gülər Əhmədova mərasimdə iştirak etməyib.

Bildirilir ki, Gülər Əhmədovavideoların yayılacağını bildiyinə görə Sevinc Babayevanın köməyinə ehtiyacı olub və buna görə onunla yenidən barışmaq qərarına gəlib. Gülər Əhmədova S.Babayevanı Xətai rayonunda yerləşən Sabir adına Kitabxanaya rəhbər qoyduraraq onun könlünü almağa çalışıb.

Daxil olan məlumatda maraq doğuran ilginc məqamlardan biri də S.Babayevanın Gülər Əhmədovanı müdafiə edən açıqlaması və bu açıqlamanın vieo çəkilişinin aparılmasıdır.

Məlumatda deyilir ki, S.Babayevanın Gülər Əhmədovanı müdafiə edən görüntüləri Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin ofisində, cəmiyyətin hüquqşünası, tanınmış hüquqşünas Məmməd Zeynalovun otağında çəkilib.

Bu məlumatın nə qədər doğru olub-olmadığını deyə bilməsək də, bununla bağlı Məmməd Zeynalovun da mövqeyini dərc etməyə hazırıq.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az