Güloğlan Cabbarov "Hafka"nın klubunu topa tutdu

Güloğlan Cabbarov "Hafka"nın klubunu topa tutdu

"Qalanlarını isə Tuyğun Nadirovla birlikdə zindana saldılar"

Bir müddət əvvəl, futbol matçlarından birində baş verən azarkeş qarşıdurmasına görə tutduğu vəzifədən istefa verən "Neftci" klubunun sabiq İdman Direktoru Güloğlan Cabbarov "Hafka" ləqəbli tanınmış iş adamı Hafiz Məmmədovun prezidenti olduğu  "Bakı" klubunu sərt tənqid edib. O, Avropa.info-ya açıqlamasında bunalrı deyib: "Deyir dəli quyuya bir daş atdı , qırx ağıllı yığışıb o daşı quyudan çıxara bilmədi. Bu gün xəbərlərdə mənim yenidən "Neftçi"yə qayıdacağımla bağlı məlumata rast gəldim. "Neftçi"nin prezidenti Sadıq Sadıqov mənim əziz qardaşımdı, yaxın dostumdur. O, məsləhət bilərsə təbii ki, bu barədə fikirləşərəm, amma açığını deyim, qayıtmaq fikirim yox idi. "Bakı" və "Xəzər-Lənkəran" klubunu fanatları adı ilə mənim ünvanıma olmazın iftiralarını atırlar. Hətta məni qatil kimi qələmə verirlər. "Xəzər-Lənkaran"-ın azrkeşlərini başa düşmək olar. "Bakı"nın yaltaqlarını anlaya bilmirəm. Əgər söhbət adam döyməkdən gedirsə, üç il bundan öncə, Tofiq Bəhrəmov adına stadionda "Bakı" klubunun rəhbərliyi "Xəzər Lənkəran"-ın mühafizəçilərini döyüb ölümcül vəziyyətə saldılar. Qalanlarını isə Tuyğun Nadirovla birlikdə zindana saldılar. İndi nə əcəb qardaş olublar? Kluba qayıtmağa gəldikdə isə, bunun "Bakı"ya heç bir aidiyyəti yoxdur. Onların klubuna Əli gəlir, Vəli gedir. Bundan kimə hesabat verirlər ki, Sadıq Sadıqov da onlarla məslətləşsin. Yaxşı olar ki, öz klublarının problemləri ilə məşğul olsunlar. Başqalarının işinə burun soxmaq isə onlara heç vaxt baş ucalığı gətirən deyil. Məndən də çəkinməyin heç yeri yoxdur. Onsuz da "Neftçi" hər zaman güclü olub".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az