Əməkdar artist Gülyaz Məmmədova həmkarı Teymur Əmrahın ona evlilik təklifindən söz açıb.
Axşam.az-ın məlumatına görə, müğənni “Pərdə” verilişinə açıqlamasında T. Əmrahdan sevgi etirafı aldığını deyib:
“Mənə sevgisini etiraf etmişdi. Mən Teymur Əmrahı çox istəyirəm, sənət dostu, bacı kimi. Teymur gözəl sənətkar, pedaqoqdur. O özü də məni başa düşür. Həmişə məni çox istəsin. Biz bacı-qardaşıq. Teymur deyir, heç olmasa, sənin xasiyyətli qızla evlənmək istəyərəm. Kaş o da mənim xasiyətli bir xanımla ailə qursun. Mən tənha deyiləm, həyatımdan razıyam. Nə qədər sevilirəm, onu Tanrı bilir”.
Bacısı Gülyanaq Məmmədovadan danışan əməkdar artist onunla hər zaman yola getdiklərini deyib:
“Gülyanaq mənim bacımdır. Aramızda xırda mübahisələr olur, amma bunlar öz aramızdadır, hər zaman mehribanıq. Çıxıb efirdə bir-birinin arxasınca danışan bacıları başa düşmürəm. Heç cür qəbul edə builmirəm bunları”.
“Oğlunuzu evləndirmək istəyirsinizmi” sualına isə Gülyaz Məmmədova belə cavab verib:
“Oğlum hazırda oxuyur. Özü üçün maraqlı sahə seçib: estrada ifaçısıdır. Ona dəstək oluram. Əgər evlənmək istəyərsə, buna sevinərəm. Gəlinim isə müğənni olsa, qarşı çıxmaram. O sevinər ki, arxasında mən dayanacağam”.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür