İsrail Məhərrəmov GTK vitse-prezidenti seçildi.
Gürcüstan Türkləri Konfederasiyası (GTK) Ali Şurasının iclasında İsrail Məhərrəmov vitse prezident, Tamir Süleymanov Ali Şura sədri seçildilər, Niyazi Hüseynov isə Konfederasiya Baş katibi təyin olundu. Bu barədə “Vətəninfo.az”aGürcüstan Türkləri Konfederasiyası İnformasiya Departamentinin rəhbəri Sara Səfixan bildirib.Məlumatda deyilir ki, 11 sentyabr 2012-ci ildə GTK prezidenti Daşqın Gülməmmədovun sədrliyi ilə Gürcüstan Türkləri Konfederasiyası (GTK) Ali Şurasının iclası keçirilib. İclasda Gürcüstandakı seçkiqabağı siyasi vəziyyət müzakirə edilib və təşkilati məsələlərə baxılıb.
Konfedrasiyanın rəhbər orqanlarına seçkilər keçirilib. Gürcüstan Türkləri Konfederasiyasına (GTK) assosativ üzv daxil olan “Amal” Gürcüstan Gənc Azərbaycanlılar Assosiayasının Sədri, GTK Baş katibi vəzifəsini tutan İsrail Məhərrəmov gizli səsvermə zamanı Gürcüstan Türkləri Konfederasiyasının (GTK) vitse-prezidenti seçilib. Daha sonra GTK Ali Şurası Sədri vəzifəsinə seçki keşirilib. Gizli səsvermə zamanı Konfederasiyanın assosativ üzvü olan Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) prezideti Tamir Süleymanov Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının Sədri seçilib.
Həmçinin Gürcüstan Türkləri Konfederasiyasının yeni tərkibli Katibliyi formalaşdırılıb. GTK prezidenti Daşqın Gülməmmədovun sərəncamı ilə, Konfederasiyaya assosativ üzv olan Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyasının (GAJF) Sədri Niyazi Hüseynov GTK Baş katibi təyin edilib. İsrail Məhərrəmov vitse-prezident seçildiyi üçün GTK Baş katibi vəzifəsindən azad edilib.İclasda çıxış edənlər qeyd ediblər ki, Gürcüstanda yaxın zamanlarda keçiriləcək parlament seçiləri qarşıdurmalarla müşayət oluna bilər. Bildirilib ki Gürcüstan türkləri Konfedrasiyası Gürcüstanda demokratik seçkilərin keçirilməsinin tərəfdarıdır.