Aktor.Az-ın Gürcüstan mediasına istinadən məlumatına görə, kənd sakinləri artıq bir neçə gündür ki, naməlum şəxslərin qəbirstanlıqda narkotik satmasına etiraz edirlər.Verilən məlumatda həmin şəxslərin gürcülər olduğu deyilir.
Qeyd olunur ki, onların etirazı naməlum şəxslərlə mübahisəyə, daha sonra isə qarşıdurmaya səbəb olub. Atışma nəticəsində 19, 20 və 24 yaşlarında olan üç gənc yaralanıb. Onlardan biri qarın, digər ikisi isə ayaq nahiyələrindən güllə yarası alıb. Vəziyyətləri sabit qiymətləndirilir.Yaralılar Rustavi Xəstəxanasına yerləşdirilib. Atışma törədən şəxs saxlanılıb.
İstintaqa müəyyən olunub ki, saxlanılan 48 yaşlı şəxs qarşıdurma nəticəsində "Naqan” markalı tapança ilə üç nəfəri yaralayıb. Qarşıdurmada iştirak etmiş digər iki azərbaycanlı gənc isə saxlanılıb.Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi ilkin məlumata əsasən, həmin şəxslər polisə müqavimət və fiziki təzyiq göstəriblər.
Verilən son məlumata görə, artıq iki gündür ki, Ağtəhlə kənd sakinləri Rustavi şəhəri istiqamətində magistral yol qovşağını kəsərək, Gürcüstanın müvafiq qurumlarından hadisənin ədalətli araşdırılmasını, azərbaycanlıların qəbirstanlığında bu cür neqativ halların qarşısının alınması ilə bağlı tədbirlərin görülməsini və saxlanılan iki azərbaycanlı gəncin tezliklə azadlığa buraxılmasını tələb edirlər.Həmin şəxslərdən birinin tələbə olduğu deyilir.
Hadisəni diqqətdə saxlayırıq!
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?