“Göz Əl” Nizami Kino Mərkəzində

“Göz Əl” Nizami Kino Mərkəzində

Nizami Kino Mərkəzində 3 d formatında çəkilmiş “Pororo: böyük yarışlar” animasiya filminin, “Slender” bədii filminin və “Bu şəhərdə”nin sonuncu “Göz Əl” konsertinin nümayişi başlanıb. Vətəninfo.az-ın  SİA-ya istinadən verdiyi məlumata görə, çin rejissoru Younq Kyun Parkın çəkdiyi “Pororo: böyük qaçışlar” cizgi filmidir.
Ucqar kənddə yaşayan pinqvin balası Pororo böyüyəndə sürətli maşın yarışçısı olmağı xəyal edir. Günlərin birində, kəndlərində tısbağaların qış yarışları üçün xizək aparan yük təyyarəsi, məcburi eniş edir. Tısbağaların yarışçı olduqlarını fikirləşən Pororo onlardan ona bir-neçə ustad dərsi verməyi xahiş edir. Özünü tam hazır sandığını düşünən pinqvin Pororo maşın yarışlarına yollanır. Amma, gəldikdə başa düşür ki, bu yarışlarda qalib gəlmək heç də asan iş deyil.
Baş rolları Kris Cay Aleks, Entoni Anderson, Dreyk Bell, Vu Di, Su Yunq Ham, Con Hider, Mi Ja Li, Sun Li və başqaları canlandırıblar.
Rejissor Ceyms Moranın, Cozef De Lecin ssenarisi əsasında çəkdiyi “Slender” filmi dəhşət janrındadır. Yaş həddi: 16+
İtən ailə haqda süjet hazırlayan çəkiliş qrupu, qorxunc məxluq Slenderin ortaya çıxmasını və onu ancaq videokamera obyektivindən görmək mümkün olduğunu təsdiqləyən bir qutu kaset tapır. Lent yazılarını nəzərdən keçirən qrup üzvləri, dəhşətli lənətə düçar olduqlarını və Slender tərəfindən təqib olunduqlarını başa düşürlər.
Filmdəki rolları Aleksandra Brekenric, Daq Cons, Aleksandra Holden, Ceyk Makdorman, Kris Markett, Rik Otto, Qrehem Klark, Sintiya Marell, Bler Bomar, Maykl Bunin və digər aktyorlar ifa ediblər.
Yeni filmlər sırasında, həftənin ən gülüş doğuran, milli “Bu şəhərdə” qrupunun son “Göz Əl” adlı konsertinin nümayişə çıxmasıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az