Gözlərimin işlqları söndü...Qəlbimin gözləri görəndən sonra
Xatirə Səfərova
Klinik psixoloq
"Yaşadıqlarını yuxarıdan izlə”
Yenə də içindəki səslər durmadan danışır və yaşadıqlarını təkrar-təkrar sənə diktə edərək yenidən yaşadır. Olan bitən hadisələri beyində yenidən yaşatmagın disturu nədir? Elə yaşananlar var ki, onlar unudulmasa yaxşıdır –lakin elə məqamlar olur ki, bir "delet düyməciyinə ehtiyacı var.
Bir səfərə çıxmışdım, bütün gün tarixi yerləri gəzirdim. Evə qayıtmaq qərarına gəldim. Metroya mindim və tam metronun girəcəyində iri hərflərllə yazılmış bir sərgi sataşdı gözümə.
"Dialogue in the Dark” –Qaranlıqda Dialoq
Maragımı çox cəlb etdi –və sərgiyə qoşuldum. Sərgi elə bir qaranlıq məkanda təşkil edilmişdi ki, tamamilə heç nə görmürdün. 90 dəqiqə heç nə görmədən yaşamaq. Sərgi - gözləri görməsə də, həyatın qiymətini bilən və ruhları görən insanlar tərəfindən təşkil edilmişdir. Sadəcə 90 dəqiqəni alaraq səni öz dünyalarına dəvət edirlər və sənə öz gözlərinlə deyil, başqalarının gözləri ilə də həyata baxmagı öyrədirlər.
O ilk 10 dəqiqə mənə o qədər çətin və dözülməz gəldi ki, utanmasaydım qışqırıb qaçardım oradan. Ruhumda panika yarandı və ürək döyüntülərimi bogazımda hiss edirdim-həyatda oldugu kimi. Acının ilk günü dözülməz və həzm edilməyəcək dərəcədə çətin oldugu kimi. Qəribə o oldu ki, 10 dəqiqə sonra buna alışdım. Artıq panikam sovuşdu-biz sərgiyə qoşulanlarla hətta bir azacıq agartı belə görmədən yaşamağa davam edirdik. Bagda gəzib tralleybusa minib və hətta görmədən kino izləməyə getdik. Məcburən ruhumun gözlərini açmışdım. Cox qəribə hisslər idi gözlərimin hər gün günəşi görüb adi hala keçməsi məni üzdü. Öz dünyamın günəşini gördüm. Duyğularımı, toxunuşlarımı heç bir zaman hiss etməyəcək dərəcədə hiss etdim. Beləliklə, adaptasiya olmuşdum və irəliləyən dəqiqələrin hətta gec gəlməsini istəyirdim, çünki elə bir dünyaya düşmüşdüm ki, duygularımdan həzz alırdım. Son olaraq biz gözlərinin görməsindən məhrum olmuş insanlarla ünsiyyətə keçdik və onlar bizə kofe hazırladılar. Mənə kofe hazırlayana o qaranlıq dünyamda bir sual verdim:
-Nə vaxtdan gözlərinin işlqları söndü?
Cavab isə məni çox düşündürdü.
-Qəlbimin gözləri görəndən bəri.
Bəli sərgidən çıxdım və hələ də inanmırdım ki, 90 dəqiqə mənə həyatda baxmagın qaydasını, görməyin həzzini, hisslərin fəlsəfəsini duydurdu.
Beynimin elə bir hissəsi açıldı ki, həyatda insanların şikayətləri yadıma düşdü, istədim qaçım ordan və deyim ki, onlara inanın siz hələ görmürsüz. Görmək üçün bəzən sadəcə gözlərinizi yummaq da yetər.
Düşdüyün situasiya ilə üz-üzə qalarsansa, hələ aşagıdasan. Sən ancaq nərdivanın yuxarısından o biri tərəfi daha aydın görə bilərsən!
Miq.az