Vətəninfo.az saglamolun.az-a istinadən bildirir ki, bir çox insanlar bu problemlə üzləşir. Əksər insanlar buna yalnız kosmetik defekt kimi baxır.
Lakin nəzərə almaq lazımdır ki, bəzən bu simptom ciddi xəstəliklərə
işarə edə bilər. Beləliklə, gözlərin altında göy kölqələrin səbəbləri
bunlardır:
- İrsiyyət. Bəzi insanlarda belə kölgələr körpəlik dövründən olur və
irsiyyətlə bağlıdır (yaxın qohumları arasında da bu simptoma tez-tez
təsadüf edilir). Bunun səbəbi bu insanlarda gözlərin altında olan
damarların dəriyə çox yaxın yerləşməsidir.
- Yaş dövrü. İnsan qocaldıqca dəri nazilir və bu səbəbdən dərinin
altında olan damarlar daha aydın görünməyə başlayır - göy kölgələr əmələ
gəlir.
- Yuxunun az olması. İnsan orta hesabla (söhbət böyüklərdən gedir) 7-8
saat yatmalıdır. Bu nisbi göstəricidir - bəzi insanlar 6-saatlıq yuxudan
sonra özünü gümrah hiss edir, digərlərinə isə hətta 9 saatlıq yuxu
azlıq edir.
Əgər insan uzun müddət ərzində az yatırsa, onun üz dərisi ağarır, solğun
görünür və nəticədə dərinin altında olan damarlar daha aydın görünməyə
başlayır. Gözlərin altında olan dəri çox nazikdir və bu səbəbdən
damarlar burada daha gözəçərpan olur.
Bu problemi həll etmək üçün insan sadəcə kifayət qədər yatmalı və
dincəlməlidir. Həmçinin bu sahələr üçün xüsusi kosmetik maskalar,
kremlər var.
- Göz yorğunluğu, stress, xroniki yorğunluq. Uzunmüddətli stress və
yorğunluq dərinin vəziyyətinə çox mənfi təsir edir və, o cümlədən,
gözlərin altında göy kölgələrin əmələ gəlməsinə səbəb olur.
- Siqaret tüstüsündə və spirtli içkilərin tərkibində olan ziyanlı
maddələr orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur.
Toksinlər qanda və orqanizmin toxumalarında yığılaraq, o cümlədən,
gözlərin altında göy kölgələrin əmələ gəlməsinə səbəb olur.
- Balanslaşdırmamış pəhrizlər, aclıq, düzgün olmayan natamam qidalanma,
qidalanmada əsas qidalı maddələrin, vitaminlərin, mineralların
çatışmazlığı insanın sağlamlığına mənfi təsir edir. İlk növbədə bu
dəridə özünü büruzə verir - dərinin rəngi pisləşir, gözlərin altında göy
kölgələr əmələ gəlir və s.
- Dəriyə düzgün olmayan qulluq (düzgün seçilməmiş krem və digər qulluq
vasitələr, isti su ilə üzün yuyulması, dərinin dartılması və s.), ucuz
keyfiyyətsiz kosmetika dəriyə çox mənfi təsir edir, dərinin daha tez
qocalmasına səbəb olur.
- Xroniki xəstəliklər də dərinin vəsiyyətinə, rənginə və s. təsir edir.
Gözlərin altında göy kölgələrin əmələ gəlməsi böyrək, qara ciyər və öd
kisəsi, mədəaltı vəzi, endokrin və ürək-damar sistemi xəstəlikləri,
anemiya (qanazlığı) zamanı mümkündür.
- Helmintozlar (qurd xəstəlikləri) zamanı qurdlar orqanizmi daim
zəhərləyir ki, bu da, o cümlədən, göy kölgələrin əmələ gəlməsinə səbəb
olur.
- Haymorit, baş ağrıları, üst dişlərin xəstəlikləri və bəzi digər pozulmalar da bu simptomun əmələ gəlməsinə səbəb ola bilər.
Vətəninfo.az