Habil Əliyevin həkimi danışdı
"Xalq artisti Habil Əliyevin səhhətində heç bir irəliləyiş yoxdur. Onun vəziyyəti ağır olaraq qalır."
Vətəninfo.az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasıda kaman ustasının həkimi,
Mərkəzi Klinik Xəstəxananın reanimatoloqu, Səbinə Qasımova deyib.
"Sənətkarın səhhətində irəliləyişin olub-olmayacağı haqqında fikir
yürütmək üçün hələlik tezdir. Lakin müsbətə doğru dəyişiklik olacağına
olacağına ümid edirik."-deyə həkim əlavə edib.
Kaman ustasının ailəsindən də, onun hələ də oksigenlə təmin edildiyini,
bəzi kütləvi informasiya vasitələrinin isə xalq artisti haqqında əsassız
məlumatları yaymağa davam etdiklər üçün narahatlıq keçirdiklərini
bildirdilər.
Habil Əliyev 28 may 1927-ci ildə
Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.
O, 1952-ci ildə
Bakıya gəlib
Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub.
Bununla da sənətkarın kaman ustadı kimi yaradıcılığı başlayıb.
Habil Əliyev Azərbaycan SSR Əməkdar Artisti, Azərbaycan SSR Xalq Artisti
və dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri
fərmanlarla təltif olunub.
Habil Əliyev 1954-cü ildə Şərqiyyə Əliyeva ilə ailə həyatı qurub, üç qız və bir oğul övladları var.

Habil Əliyev və oğlu Rəvan Habiloğlu