Habil Əliyevin səhhətində son durum: “Ağırdır”
Bu gün Mərkəzi Kliniki Xəstəxanada xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhəti ilə bağlı reanimatoloq Səbinə Qasımova mətbuat konfransı keçirib.
O, xalq artistinin vəziyyəti ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə, Habil Əliyevin səhhəti müsbətə doğru getsə də, hələki, ağır olaraq qalır:
"Vəziyyəti sabitdir, huşu aydındır. Baş verənlərə reaksiya verir və zond vasitəsilə qidalandırılır. Bu gün Türkiyədən dəvət olunmuş həkim Habil Əliyevi mayinə etdi və bildirdi ki, müalicə düzgün aparılır və bu formada da davam etməlidir”.
Qeyd edək ki, xəstənin müalicə üçün xarici ölkəyə aparılması məqsəduyğun sayılmayıb. Belə ki, türkiyəli həkin məsləhət görüb ki, Habil Əliyevin müalicəsi bu xəstəxanada davam etdilrilsin. Səbinə Qasımova onu da bildirib ki, xalq artistinin müalicəsi ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarətindədir:
"Biz vaxtaşırı olaraq onları Habil Əliyevin səhhəti, müalicəsi və sağlıq durumu ilə bağlı məlumatlandırırıq.
Publika.az-ın "Xalq artisti nə vaxt süni nəfəs aparatından ayrılıb əvvəlki vəziyyətə qayıdacaq” - sualına Səbinə Qasımava belə cavab verib:
"Yaşını nəzərə alsaq, konkret fikir söyləmək mümkün deyil. Bu müalicənin gedişi prosesində bəlli olacaq. Ümid edirik ki, xəstənin vəziyyəti yaxşıya doğru dəyişəcək və sənətkarımız ayağa qalxacaq”.
Vətəninfo.az