Hacıbala Abutalıbovun oğlu iş adamını hədələyib

Hacıbala Abutalıbovun oğlu iş adamını hədələyib

Maqsud Mahmudov: “İsrafil vəhhabiliyi yerə qoyub indi də qoçuluq edir”

“Deyirdilər ki, Qurban yəhudidir, fəaliyyəti dinə ziddir. O da baş götürüb getdi. İndi də məndən əl çəkmirlər.Yasamal Rayon Məhkəmə İcraçıları şöbəsinin işçilərini üstümə göndərirlər ki, buradan çıx. Məhkəmə qərarını soruşuram,icraçılar deyirlər ki, bizə deyiblər ki, gedin çıxarın. Mənim əlimdə İsrafil Abutalıbovun adamı Bəxtiyar Məmmədovla bağladığım müqavilə var. Həmin müqavilədə də yazılıb ki, 2019-cu ilə kimi obyekt mənim icarəmə verilib.”
bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovla mülki çəkişmədə olan iş adamı Maqsud Mahmudov deyib. M.Mahmudovun sözlərinə görə Yasamal rayonu, N.Hikmət küçəsindəki lombarda İsrafil Abutalıbovun adından 2saqqalı şəxs basqın edərək yəhudi əsilli şəriki Qurban Qutais oğlu Mahmudovu təhdid ediblər.
Bundan sonrada şəriki ölkədən getsədə, İ. Abutalıbovun adamlarının təhdidləri səngimir:
“İsrafil Abutalıbovun adamı Bəxtiyar Məmmədov məndən bu məsələlərdən əvvəl 2013-cu ilin yanvarına kimi icarə haqqını alıb. Özüdə nəğd pul əvəzinə qızıl-brilyant alıb. 750 əyyarı olan 106qramlıq brilyant boyunbağı, üzük və sırğa götürüb. İsrafil Abutalıbov bunu bilir-bilmir, məni heç maraqlandırmır. Məsələ ondadır ki, İsrafil Abutalıbov çox yaxşı başa düşür ki, qanun bizim tərəfimizdədir. Çünki Qurbanla bağlanan müqavilənin müddəti bu ilin mayında bitsə də, mənimlə bağlanan müqavilənin müddətinin bitməsinə hələ çox var. Ona görə də vəhhabiliklərini yerə qoyub indi də qoçuluqla məni buradan çıxarmaq istəyirlər. Üstümüzə Yasamal Rayon Məhkəmə İcraçıları şöbəsinin işçilərini göndərirlər. Onlara göstərirəm və məhkəmə qərarını tələb edirəm. Deyirlər ki, bizə deyiblər gedin onları oradan nə yolla olur-olsun çıxarın. Bilirsiniz ki, mən Bəxtiyar Məmmədovu Yasamal Məhkəməsinə vermişəm. Üstəlik İnzibati İqtisad Məhkəməsinə də müraciət etmişəm. Bunlar məhkəmələrin xeyirimizə qərar çıxardacağını bilirlər. Ona görə də, bizi məhkəmə qərarına kimi qoçuluqla buradan çıxarmaq istəyirlər. Bütün bu işlərin arxasında İsrafil Hacıbala oğlu Abutalıbov dayanıb”.
M. Mahmudov dedi ki, əlimdə H. Abutalıbovun oğlunun onun şərikinə qarşı təhdid səhnələri olan videomateriallar var:
“Əlimdəki sənədləridə məhkəməyə təqdim edəcəyəm. Əgər mənim ofisdən çıxmağımı istəyirlərsə, bura qoyduğumuz xərcləri ödəsinlər, çıxaq. Qoçuluqla, vəhhabiliklə heç nəyə nail ola bilməyəcəklər”.
Yazıda adı hallanan hər kəsi, o cümlədən Hacıbala və İsrafil Abutalıbovları dinləməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az