Mətbuata əmisi oğlu Vilyam Hacıyevin korrupsioner, rüşvətxor olduğunu deyən Hafiz Hacıyev yeni vəzifəsi münasibəti ilə əmioğlıusunu təbrik edir.
Ölkə prezidentinin sərəncamı ilə Samux Rayon İcra başçısı vəzifəsindən çıxarılaraq İmişli Rayon İcra başçısı təyin olunan Vilyam Hacıyev daima onu korrupsiya və rüşvətxorluqda ittiham edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə ulduzunu barışdırıb.
“Vətəninfo.az”ın əldə etdiyi məlumata görə, Vilyam Hacıyevi elə ilk təbrik edənlərdən biri də Hafiz Hacıyev olub. Mənbənin sözlərinə görə, Vilyam Hacıyevlə MMP sədrinin küsüşməsinin səbəbi müəyyən ticarət məsələləri ilə bağlı olub və MMP sədri əmioğlusu ona vaxtilə Samuxda müəyyən biznes işlərinin yaradılmasında maneələr yaradıb. Amma H.Hacıyev mətbuatda V.Hacıyevlə bağlı açıqlamalar verdikdən sonra və korrupsiya rüşvətdə ittiham etməsinin ona müəyyən problemlər yaratdığına görə məcburən MMP sədri ilə barışıb. Hətta “Samux” limonad sexinin açılışına belə dəstək olub. Artıq uzun zamandır ki, H.Hacıyevin Samuxda istehsal etdirdiyi limonadlar topdan satış məntəqələrindən Bakı mağazalarına və restoronlara satma imkanı əldə edib. İndi isə Vilyam Hacıyev İmişliyə icra başçısı təyin olunub. Yəqin ki, bundan sonra MMP sədri yeni biznesini əmioğlunun sayəsində burda da yaradar. Məsələ ilə bağlı H.Hacıyevin mövcud telefonuna zəng etsək də cavab ala bilmədik. MMP sədrinin deyilənlərlə bağlı münasibətini öyrəndikdə onu da sizlərə təqdim edəcəyik.
Kənan
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ