Harri Kasparov və Bakının çörəyi

Harri Kasparov və Bakının çörəyi

Sovet ideologiyası şahmatı ümumxalq həyatının ayrılmaz hissəsinə çevirməklə yanılmamışdı. Vətəndaş azadlıqları əlindən alınmış insanları qədim Romadakı kimi tamaşaya cəlb etmək və qladiatorların savaşını təşkil edərək cəmiyyətin canlı olduğunu dünyaya göstərmək lazım idi.

Döyüşün önünə çıxanlar təkcə yarışı qazanmırdılar, həm də kommunist elitasının ən yüksək himayəsi altında Sovetlər Birliyinin imperalizmə qarşı savaşında xüsusi missiyaya yiyələnirdilər. Təsadüfi deyil ki, 1984-cü ildə sovet şahmatçıları bütövlükdə dünya ilə yarışanda onların turnirinin baş tutması üçün bütün sovet elitası çalışmış və beynəlxalq aləmə imperiyanın gücünü göstərmişdilər.

Harri Kasparov-Bakının yetirməsinə, böyük şahmat aləminə daxil olanda bütün təminatlar yaradılmışdı. 22 yaşlı bir gəncin qalibiyyəti üçün heç kəs yardımını əsirgəməmişdi. O,Anatoliy Karpova qalib gəldi və sonrakı illərdə tərcümeyi-halı tutmayacaq qədər uğurlar əldə etdi, lakin həyat şahmatında partiyaları oynaya bilmədi.

Yəhudi atasının ölümündən sonra Vaynşteyn soyadından imtina edərək erməni anasının kölgəsinə sığınması ilə natamam xarakter sahibi kimi inkişaf etməyə başladı. Zaman keçdikcə daşıdığı qandan gələn xislət və genetik xəstəliklər də onunla bərabər böyüdü. Bakıdan imtina və Azərbaycanın verdiklərinin inkarı üzərində on illərlə qazandığı nailiyyətləri yalnız anası Klaraya bağladı.

Bu gün o Rusiya siyasətində Putinin barışmaz düşmənlərindən sayılır və "vicdan mücəssiməsi" kimi beynəlxalq yardımlara layiq görülür. Vətəndaş cəmiyyəti və insan azadlıqlarından bəhs edən şahmatçı siyasi gedişlərində simasızlığı və qeyri-sabitliyi ilə seçilir. Axı özünü ruhən azad adam sayan Harri vaxtilə komsomol və partiya məktəbinin əlaçı məzunu idi. Müstəqillik illərində Yeltsinin fəal yardımçısı və sonralar general Lebedin seçki komandasının üzvü olan bu adam prinsipsiz kombinasiyalarla siyasətin hər halda şahmat olmadığını bir daha sübuta yetirdi.

Onun siyasi kimliyindən və Putinlə savaşından bəhs edən qeydlərimi gələcəkdə sizlərlə paylaşacam. Lakin Kasparovun son müsahibələrində formalaşan polad xarakterindən, dəmir iradəsindən və siyasi etiqadından bəhs edərkən bütün keçmişini unutması və dinə, ədalətə geniş yer verməsi məhşur bir deyimi xatırladır: tərbiyə qəlbin çörəyidir! Kasparov mədəsinə, beyninə və qanına xəyanət eləmiş adamdır! Bakının çörəyini tapdalayıb siyasi mələyə çevrilmək mümkün deyil!

Zahid Oruc 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az