Hasan Murat: “Ortaq bir dilimiz olmalıdır” - Müsahibə

Hasan Murat: “Ortaq bir dilimiz olmalıdır” - Müsahibə

Zaman-zaman saytımızda dünyanın hər yerindən o cümlədən Türk dünyasından ekspertlərin münasibətləri yayımlanır. Fərqli mövzulara fərqli fikirlər bildirilir.

Bu gün də eynilə. Müsahibimiz Türkiyə Cümhuriyyətindən ekspert-analitik Hasan Muratdır.
-Hasan bəy, Türkün birliyinə gedən yol nələrdən keçir?
-Türk Birliyi dediyimizdə haydı quraq deyir bəziləri. Kaş ki, o qədər sadə olaydı...
 Əvvəlcə ortaq bir dilimiz olmalıdır. Bu mövzunu qaldıranda da onsuz da türkcə danışırıq deyirlər. Sözdür, danışırlar da.
-Türk dilinin özündə də bölünmələr var…
-Türk dili əsasən üç yerə bölünür; Oğuz, Qıpçaq və Çağatay Türkcəsi. Oğuz Türkcəsi ən məşhur Türk ləhcəsi olmasına baxmayaraq bir çox şəkildə fəaliyyət göstərir.
-Eyni zamanda bu ləhcələr müxtəlif təsirlərə də məruz qalıb…
-Haqlısız. İranda danışılan Azərbaycan Türkcəsi türkmən dili və fars dilinin təsiri altında qalmışdır. Kərkük, Mosul, Süleymaniyyə və İsrail türkmənlərinin türkcəsi də ərəb dilinin təsiri altındadır.
Güney Türküstanda danışılan (Əfqanıstan, Pakistan, Hindistanda) türk dili pəncab və hindu dillərinin təsirinə məruz qalmışdır. Türkmənistanda danışılan türkmən şivəsi oğuz dili olduğu qədər çağatay dili də sayılır.
Həmçinin özbək türkcəsi də Çağatay qədər Oğuz sayıla bilir. Və Tatar Türkcəsi Krım Kazan Tatarcası olaraq ikiyə ayrılır. Qıpçaq ləhcələri Oğuz Türkcəsinə ən uzaq olanlardır. Bir də Sibir, Dolgan, Altay, Qərar Tatar və Orta Avropa türklərinin dillərini əlavə edək.
-Ortaq dilin yaranması nə kimi problemləri ortaya çıxarar?
-Qarşılıqlı danışmanın çətinliyini müşahidə edə bilərik. Ortaq dilin ortaq şəkildə oxunması və yazılması mövzusu ortaya çıxır. Ortaq dil əlifbasının məktəblərdə tədris olunma prosesi. Üstəgəl, bu əlifba ilə çıxarılan qəzetlər, kitablar, yurnallar.
Bütün bu məsələlərin həll olunması Türk dünyası üçün olduqca çətin bir proses olacaq. Bir də Mədəniyyət Birliyi təsis etmək lazımdır ki, bu ortaq dil, yazı məsələsindən daha çətindir. Sibirdə, Şərqi Türküstanda, Özbəkistanda, Azərbaycanda, Kıbrısda, Macarıstanda, Finlandiyada və digər Türk ölkələrində yaşayan insanların həyat formaları, bu məsələyə fikir və baxışları  bir şəkildə düşmüşdür. Bu ortaq əmələ ortaq yollardan getməyi hədəfləməyə bilərik.
Türk ailələrin övladlarına digər türk ölkələrinin mədəniyyətləri, həyat və yaşayışları, dinləri öyrədilməlidir. Bütün faydaları bir yerə toplanıb dövlət nəzarəti altına alınmalıdır.
İşin çətin, yolun uzundur Türk oğlu. Çıxdığın bu kutlu yolda Tanrı köməkçin olsun!

Nigar İsfəndiyarqızı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az