Həbsdə olan sabiq milli təhlükəsizlik nazirindən- Yeni xəbər

Həbsdə olan sabiq milli təhlükəsizlik nazirindən-  Yeni xəbər

Vəkil Tofiq Allahverdiyev Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovla görüşüb.

Bu barədə APA-ya məlumat verən T. Allahverdiyev bildirib ki, Naxçıvan Muxtar Respublikasında Penitensiar xidmətin istintaq təcridxanasında saxlanılan V. Ələsgərovun saxlanma şəraiti normaldır, hər hansı şikayəti yoxdur.

T. Allahverdiyev V. Ələsgərovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə qərardan apellyasiya şikayəti verəcəklərini də deyib.

Qeyd edək ki, V. Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə məhkəmənin qərarı ilə barəsində yenidən həbs-qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur.

Onu da qeyd edək ki, V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az