"Heç bir güzəştə getməyəcəyik" - İran Prezidenti


Sanksiyaların qaldırılması məsələsində geri addım atmayacağıq.
 
Bu sözləri İran Prezidenti İbrahim Rəisi Simnan şəhərində ABŞ səfirliyinin işğalının 42-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
 
Çıxışında nüvə sazişi müzakirələrinə toxunan Rəisi hər şeyin nəticələrə əsaslandığını bildirib:
 
"Danışıqlar masasından ayrılmayacağıq, lakin heç bir güzəştə də getməyəcəyik".
 
Qeyd edək ki, İran nüvə danışıqlarına qayıtdığını və 29 noyabrda Vyanada keçiriləcək müzakirələrə qatılacağını elan edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az