HƏMAS İsrail ilə danışıqlara gedir?

HƏMAS İsrail ilə danışıqlara gedir?
Fələstin administrasiyasının başçısı Mahmud Abbas İsrail və HƏMAS-ın bir Afrika ölkəsində danışıqlara apardığını iddia edib.
Fələstin lideri Qəzzada atəşkəsin əldə olunması ilə bağlı başlayan danışıqların Toni Bleyrin səyi ilə son aylar daha da sürətləndiyini deyir. Bu haqda müzakirələrin artıq 8 aydır müzakirələr apardığı bildirilir.
İsrail Baş naziri iqamətgahından adını gizli qalmasını istəyən bir vəzifəli şəxs HƏMAS-la ümumiyyətlə görüşmədiklərini deyib.
İddialar arasında sabiq İngiltərə baş naziri Toni Bleyrin HƏMAS Siyasi Bürosunun sədri Xalid Meşal ilə ay yarım içində iki dəfə görüşdüyü məlumatı da var.
Mahmud Abbas prosesdə Misirin də aktiv fəaliyyət göstərdiyini qeyd edib. Keçən həftə Netanyahunun xüsusi nümayəndəsi İsak Molho rəhbərliyində olan bir heyət Qahirəyə səfər etmişdi. HƏMAS üzvlərinin də yaxın zamanlarda Qahirəyə gedəcəyi məlumatı verilmişdi.
İsrail ilə HƏMAS atəşkəs müqaviləsi əldə edəcəyi halda İsrailin Qəzzaya tətbiq etdiyi embarqo və gəliş-gedişlə bağlı problemlər həllini tapacaq.
Avropa.info 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az