Hərbi ekspert: “Hərbçimizin qisası yerdə qalmayacaq”

Hərbi ekspert: “Hərbçimizin qisası yerdə qalmayacaq”
Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. Məlumata görə, atəş erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.
Ermənilərin atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb.

Məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında deyib ki, hərbi qulluqçumuzun qisası yerdə qalmayacaq:

"Laçın sərhəd-keçid məntəqəsində baş verən hadisə Azərbaycanı daha təsirli və adekvat addımlar atmağa vadar edir. 

Hesab edirəm ki, xəsarət alan hərbi qulluqçumuzun qısası yerdə qalmayacaq. Ən qısa müddətdə atəş açılan düşmən mövqelərimiz məhv edilməli və üzərində Azərbaycan bayrağı qaldırılmalıdır".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az