Son günlər ölkə mətbuatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovla bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Amma maraqlısı budur ki,cənab Rəhimov yazılanlar haqqında bu və ya digər şəkildə hansısa münasibət bildirməyərək, yazılanlarla bağlı müəmmaları daha da artırmaqdadır.
Vətəninfo.az-a adını açıqlamaqdan imtina edən, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qulluq elədiyini vurğulayan mənbə bildirib ki, mətbuatda Arzu Rəhimovun fəaliyyəti, eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı yazılanların əksəriyyəti həqiqəti əks etdirir. Bu səbəbdən də o da xidmətlə bağlı malik olduğu bir sıra məlumatların yayılmasın istəyir.
Adını açıqlamaqdan imtina edən mənbənin iddiasına görə,hələ Hərbi Komisarlıqlar Müdafiə Nazirliyinin tərkibində olduğu dövürdə, MN-yi tərəfindən ölkə üzrə bütün Hk-da yoxlamalar keçirilir. Bu yoxlamalardan biri də Gəncə Hərbi Komisarlığında aparılır.
Yoxlamalar başa çatdıqda Gəncə Şəhər Hərbi Komisarı polkovnik Rəsul Quliyevin fəaliyyəti iki qiymətləndirilir və MN-nin əmri ilə Rəsul Quliyev tutduğu vəzifədən azad edilir,eyni zamanda MN-yi sistemindən uzaqlaşdırılır.
Mənbənin iddiasına görə, ölkə prezidneti İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması, hərbi komisarlıqların ləğv edilməsindən sonra, Rəsul Quliyev birdən-birə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində peydə olur.
Mənbə iddia edir ki, Quliyev HK-dan çıxarıldıqdan sonra, sabiq MN-i Səfər Əbiyevin sağ əli hesab edilən Aslan Aslanovun əli ilə yenidən komisarlıq xidmətinə qayıtmaq istəyib,hətta iddiaya görə, dörd yüz min manat təklif edib. Ancaq polkovnikin bu istəyi baş tutmayıb.
Mənbə onu da əlavə edib ki, iddiaya görə, Quliyev hərbi komisarlıqdan uzaqlaşdırılması ilə bağlı MN-nin vermiş olduğu əmrlə bağlı məhkəməyə müraciət edib və məhkəmdən verilən əmrin ləğvi ilə bağlı qətnamənin çıxarılmasına nail olub. Əgər doğurdan da belə bir qətnamə olubsa, o zaman Rəsul Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə deyil, MN-nin sərəncamına qaytarılmalı idi. Necə olur ki, Arzu Rəhimov hələ hərbi komisar olan zaman fəaliyyəti iki qiymətləndirilmiş birini xidmətə cəlb edir və onu Masallı rayon Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edir.
Mənbə iddia edir ki, bu gün Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Rəsul Quliyev kimi onlarla işçilər vardır ki, bunlar nə zamansa başqa-başqa qurumlarda işləyiblər və xidmətərində qüsurlar olduğundan işlərindən azad ediliblər. Adını açıqlamaqdan imtina edən xidmət əməkdaşı onu da vurğulayıb ki, 2012-ci ilin avqust ayında Arzu Rəhimov yaş dövrü ilə əlaqədər 15-ə yaxın şəxsləri təqaüdə göndərilməsi ilə bağlı qərar versə də, amma təqüd vaxtları bir neçə il bundan əvvəl tamam olan müəyyən adamlar olub ki, onlarla bağlı qərar verməyib. Bunlardan biri də bu ilin sentyabır ayında 60 yaşı tamam olan Xətai rayon Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi polkovnik Eldar Tağıyevdir. Maraqlıdır ki, Arzu Rəhimov 48 yaşlı zabitləri təqaüdə göndərir, amma 60 yaşlı zabiti hələ də xidmətdə saxlamaqdadır. Mənbə vurğulayır ki, maraqlı olan budur ki, belə yaşlı zabitlərin xidmətdə saxlanılmasının arxasında, bu şəxslərin kimlərsə tərəfindən müdafiə edilməsi durur. Mənbə Arzu Rəhimovla bağlı maraqlı bir iddia da idrəli sürüb. İddiaya görə, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabitlərinin xeyir və şər işlərində iştirakla bağlı da qərarlar verməkdədir. İddiaya görə, əgər bir zabitin ailəsində toy olarsa, toydan bir gün qabaq məhz Arzu Rəhimovun göstərişi ilə bütün müavinlər bölgələrdə yoxlamalara başlayırlar və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölgələrdəki rəislərinə öz həmkarlarının toyunda iştiraka maneçilik yaradılır. Hətta yas mərasimlərində kimlərin iştirak etməsini də Arzu Rəhimov müəyyənləşdirir. Onun qarşısına ümumi siyahı qoyulur və o kimlərin iştirak,kimlərin iştirak edə bilməməsi ilə bağlı qərar verir.
Qeyd edək ki, bu məlumatda vurğulananlar, bütövlükdə adını açıqlamaqdan, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışdığını iddia edən şəxs tərəfindən səsləndirilib. Bu mənbə maraqlı bir məlumatda verib. Onun iddiasına görə, HK-lar ləğv ediblib, onun yerində müstəqil şəkildə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandıqdan sonra, MN-yi tərəfindən əvvəllər HK-da çalışmış mülkü və zabitlərin bank hesabına müxtəlif məbləğlərdə vəsait köçürülür. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilən bu kartlar, vəsaitləri almaları üçün həmin sıravi və zabitlərə bank kartları təqdim olunur. Amma gəl gör ki, bu kartların kodları açıq vəziyətdə olub. Mülkü və zabitlər bank hesablarından pulu çıxarmaq istədikdə hesablarda vəsaitin olmadığı aşkarlanıb. Yəni bank kartları bu şəxslərə verilən zaman kodlarının açıq olması, mülkü və zatitlərdə hesablarından bu kodlarla daxil olub pulların çıxarıldığı şübhəsi yaranıb. Yəni mənbə iddia edir ki, MN-yi hesaba pulları köçürüb, amma hesabdan pullar Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə kartlar verildikdən sonra, bu və ya digər şəkildə çıxarılıbdır.
Mənbənin bu iddiası ilə bağlı artıq redaksiya olaraq MN-nin mətbuat xidməti ilə əlaqə saxladıq. MN-nin mətbuat xidməti bununla bağlı rəsmi sorğu göndərməyimizi istədilər. Bizdə bu sorğunu göndərib, sorğunun cavabını MN-dən aldıqdan sonra oxucularımıza təqdim edəcəyik.
Redaksiyadan: Adını açıqlamadan imtina edən Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin əməkdaşı olduğun iddia edən mənbənin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.
Vətəninfo.az