Həsənov Nikolu da təşvişə saldı: Savaşa məcbur olsaq...

Həsənov Nikolu da təşvişə saldı: Savaşa məcbur olsaq...

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün axşam parlamentə gedərək, Mənim Addımım fraksiyasının deputatları ilə görüşüb.

 Mənim Addımım fraksiyasının deputatları görüşdən öncə mediaya açıqlamalarında Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Vyana görüşünün müzakirə olunacağını bildiriblər.

***

Əgər bizi müharibəyə məcbur etsələr, Ermənistan düşməni sülhə məcbur edəcək.

Bu sözləri Ermənistan Baş naziri Nikola Paşinyan Mənim Addımım fraksiyasının deputatları ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

"Biz deyirik, bizi müharibə ilə qorxutmayın. Biz müharibədən qorxmuruq. Kimsə düşünürsə ki, Ermənistana qarşı müharibəyə başlasalar, o təslim olacaq, yanlış fikirləşir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycan Müdafiə naziri Zakir Həsənov erməni həmkarı David Tonoyanın "yeni ərazilər uğrunda müharibə” formuluna keçdiyini bəyan etməsinin ardınca müharibə başlayacağı təqdirdə Tonoyanla İrəvanda görüşəcəyini demişdi./Axar.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az