Həyat oyunlarının mütəxəssisi- "Sən"
Xatirə Səfərova
Klinik psixoloq
Təhlükə sərhəddi
Elə bir insan tanıyırsanmı ki, öz problemini sevsin? Hal-hazırda səni narahat edən problemlər menyusuna nəzər sala bilərsən.
-İşdə arzu olunmaz hallar
-maddi problemlər
-münasibətlərdə uğursuzluq
-özünlə barışıq olmamaq
-qorxularınla bacarmamaq
-arzular qura bilməmək
-tənbəllik
-konfliktlər
-keçmişin və s.
Ağıl darıxmagı sevmir-bəzi insanlar üçün darıxmaq ölümdən betərdir. Özünü ölü hiss etməmək üçün –təhlükə sərhəddinə qədər yönəlirsən. Hansı oyununu oynamağına baxmayaraq buna vərdiş edirsən. Oyunun pul oynudursa –daha çoxuna meyl edirsən, mötəbərlik oyunudursa-daha zirvələrə cəhd edirsən, sevgi oyunudursa acılara qədər gedirsən, yaxşılıq etməkdirsə -düşmənçiliyə qədər yol qət edirsən, özünü tapmaqdırsa –itirənə qədər xərcləyirsən və nəhayət ki, hisslərimizin narkomanı oluruq. Oyunun nəşəli ehtirası bizi -ruhumuzu 100 dərəcə selsidə qaynadana qədər əl çəkmir. Yalnız və yalnız 100 dərəcə selsidə sən hisslərini sıfırlayıb yeni- oyunun axtarışına qərq olursan. Üzərinə yaş gəlir və sən yolun bir hissəsini qət etmiş olursan –lakin arxadakı qazandığın tarixə nəzər salanda qaralama dəftərçəsinə bənzəyir-çünki hələ də nə istədiyini planlamamısan. "A” punktundan –"B” punktuna gedəcəyin məsafədə dəfələrcə digər punktlarda zaman öldürmüsən. Nəhayət qış yuxusundan ayılanda sadəcə "B” punktuna artıq zaman itirmədən yola düzəlmək istəyirsən, sadəcə buna yaşadığın hisslər mane olur-oysa ki, dağı coxdan dağ üstə qoymuşdun.
Əslində sən dərk etsən ki, zamanını vaxtı ilə udan vasitələr sənə bir hədiyyədir –sən qaralama dəftərini əlyazma hesab edib onu tarixə çevirə bilərsən. Bütün bu yaşadıqlarının dadına baxdıqdan sonra qərar verə bilərsən ki, sənə nə lazımdır?- Darıxmaq və ya oyun? Və ya bu mənim oyunum deyil deyib –yükünü çiynindən ataraq –istiqamətini dəyişmək səni başqa bir varlığa çevirəcək.
Sənə nə lazımdır?
Oyunları dərk etmək ya hisslərini?
Düşünürəm oyunlar həyat surprizləridir onlar təbii hadisəyə bənzəyir -sən sadəcə oyunlar haqqda proqnozu əldə edə bilərsən –lakin selin qarşısını ala bilməzssən. Qaldı ikinci variant hisslərini dərk etmək –bəli təbii hadisədən fərqli olaraq sənin oyunlara qarşı şüarın, fəlakətin, zəlzələn, göy qurşağın, payızın, qışın –fikirlərindədir. Fikirlərin isə fabrikinin xammal məhsuludur-belə çıxır ki, istəsən özünün rəhbərin ola bilərsən-eyni zamanda bu fabriki kiməsə kirayədə verə bilərsən ki, istədikləri kimi istifadə etsinlər.
Darıxmaq sənin zəngli saatındır –o bir məqsədlə səslənə bilər –"Oyan” Səyahətin hələ davam edir. Eyfo-hisslər –heç də oyunda qələbə çalmaqdan ibarət deyil. Oyunu özündə qura bilərsən və hətta istəsən özünü oyunçu da edə bilərsən. Qəhrəmanlıq isə -oyunun içindəki oyuncaqlardan imtina etməyi bacarmaqdadir . Heç nə bitmir –sadəcə hər şey təkrarlanır-lakin hisslərinin detallarına qədər cavabdeh olduqda, bu oyunların ssenarisində rollarını təyin etməyi bacarırsan və dediyim kimi istəsən özünü müxtəlif rollarda təyin edə bilirsən. Bu isə o deməkdir ki, -"Sizi təbrik edirəm siz "Həyat oyunlarının mütəxəssisi” üzrə kainat dərəcəli sertifikata layiq görüldüz!
İndi isə 5 dəqiqəlik öz filminə bax.
Film ağ qara - çəkilib və müxtəliv növ personajlar var. Süjet xətti yoxdur –gah şirsən, gah dovshan. Hər gün bir fəsildəsən və qarderobun qarışıb lap- bBraziliya serialları kimi ancaq bir məkanda hər şey cərəyan edir-etdiklərinə vərdiş etdiyin üçün, türk serialları kimi aşk acısı yaşayırsan və bu drammalı kliplə özünə acı verməkdən həzz alırsan, Azərbaycan serialları kimi –hər nə varsa zarafata salıb ancaq yeməklə kompensasiya edirsən duyğularını.
Zaman hələ sənin üçün –mənim üçün bitməyib və bizi gözləyir şossedə. Problemlər bizə sağ olduğumuzu xatırladır.
Eyfo-hisslərə qapanıb böyük "Mən”-ni qidalandırdığın zaman göylərdə qanad alıb uçursan –lakin unudursan ki, kiçik "Mən” ac qalarsa, səndən elə qisas alar ki, qanadlrını sındırıb göylərdən səni yerə salar. Qəm-qüssə, kədər, xöşbəxtlik və s bütün bunların hamısını insan yaşamalıdır! Lakin bir məqsədlə -ondan belə həzz almagı öyrənməlidir. Əks təqdirdə dərk edilməmiş hisslərinlə rinqdə qaydasız döyüş kimi məhv olana qədər vuruşacaqsan. Daxilindəki bagı bagbansız qoyma.
Vərdişlərində yaşamaq daha rahatdır deyə -bəhanələrin və ümüdsizliyin səni ac qurd kimi udacaq!
Sadəcə izlə və bütün qorxuların geri çəkiləcək.
Darıxmaq sənin zəngli saatındır –o bir məqsədlə səslənə bilər –"Oyan”.
Miq.Az