Heydər Əliyev haqqında film Torontoda nümayiş olunacaq

Heydər Əliyev haqqında film Torontoda nümayiş olunacaq
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film 2017-ci ildə Kanadanın ikinci böyük şəhəri Torontoda ekranlara çıxarılacaq.
 
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti” agentliyinə filmin prodüseri İqor Lopatenko məlumat verib.
 
İ.Lapotenko deyib: "Torontoda çox maraqlı taleyi olan bir insan - Heydər Əliyev haqqında film təqdim edəcəyik. Çəkilişlər artıq başa çatıb, hazırda montaj işləri aparılır. Film 2017-ci ildə ekranlara çıxacaq”.
 
Xatırladaq ki, İqor Lopatenko tanınmış prodüserdir. O, Ukrayna Prodüserlər Gildiyası Rəyasət Heyətinin, Fransa Kino Xadimləri Təşkilatının, Avropa Müstəqil Prodüserlər Gildiyasının üzvüdür.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az