Hökumət ipoteka kreditlərinin şərtələrini yumuşaltmaq istəmir...

Hökumət ipoteka kreditlərinin şərtələrini yumuşaltmaq istəmir...

Əli Məsimli İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Məlum olduğu kimi,hazırda Azərbaycanda güzəştli şərtlərl mənzil alanda dövlət büdcəsi hesabına sosial ipoteka üzrə 30 il müddətinə 4 faizlə maksimum 50 min manat kredit verilir.İndiyəcən bu xətlə 3 min nəfərə qədər adam ipoteka krediti alıb. Adi ipoteka isə 25 il müddətinə 8 faizlə verilir.İndiyə qədər bu xətlə 10 min nəfərə qədər adam kredit alıb.Kommersiya banklarının öz vəsaiti hesabına verdiyi ipoteka kreditlərinin müddəti adətən az, dərəcələri yüksəkdir. Bundan əlavə tikinti şirkətlərinin möhlətlə ev satışı zamanı müddət bundan da azdır. İpoteka kreditləri 2006-cı ildəki 27 milyon manatdan 2013-cü ildə 200 milyon manata(nəzərdə tutulan bütün kanallar üzrə vəsait tam raellaşsa) çatmış və ya 7,5 dəfə artmışdır.İndiyədək 500 milyon manata qədər ipoteka krediti verilib.Bunun 178 milyon manatı büdcə vəsaitidir. Bunnla belə ipoteka xətti ilə mənzil alınmasına yönəldilən vəsait tələbatdan xeyli azdır.Dügər tərəfdən isə indiki şərtlərlə verilən ipoteka kreditləri orta statistik azərbaycanlı üçün əlçatan deyil. Ona görə də hökümət ipoteka sistemində, xüsausən də sosial ipoteka sahəsində dəyişikliklər etmək istəyir.Həmin dəyişikliklət daha çox yığım və faiz dərəcələri sahəsində gözlənilir.Yəni ev almaq istəyən vətəndaş bir müddət maliyyə yığımı etdikdən sonra, ipoteka ilə öz arzusunu reallaşdırmaq imkanı olacaq.Almanıyada təcrübədən keçirilən bu model II Dünya Müharibəsi zamanı tikililərinin çox hissəsi darmadağı edilmiş Almaniyanın qısa bir tarixi zaman kəsiyində qalxınmasında, Avropanın bir nömrəli dövlətinə çevrilməsində əhəmiyyətli rol oynayıb.Bəs həmin model Azərbaycana tətbiq edilsə, səmərəli işləyəcəkmi?..
Azərbaycan reallıqlarını nəzərə almaqla həmin modelin Azərbaycana tətbiqi, hər halda ipotekanın indiki modelindən daha yaxşı işləyəcək.Amma bu, heç də ölkə vətəndaşlarının ipoteka hesabına ev almaq probleminin tamamilə həll olunacağı demək deyil...Ona görə də hesab edirik ki, hökümət ipoteka mexanizmini təkmilləşdirən zaman hökumət atacağı addımlarla yanaşı, aşağıdakı məsələləri də nəzərə alsa, işin xeyrinə olar:
1.Adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə. sosial ipoteka üzrə isə 4 faizdən 2 faizə endirilsin.
2.İlkin ödəniş sahəsindəki problemi yumşaltmaqdan ötrü xüsusi fond və Tikinti-Əmanət Bankı yaradılsın.
3.İpoteka kreditlərinin verilməsi təkcə Bakı ilə məhdudlaşmasın, rayonlarda yaşayanlar da ipotekadan istifadə edə bilsin.
4.Azərbaycanda orta maaş 400 manatdan bir qədər artıq, büdcə təşkilalarında işləyənlərin xeyli hissəsinin maaşları isə 200 manat ətrafındadır.Bu o deməkdir ki, hazırkı ipoteka mexanizmi şəratində orta statistik azərbaycanlı,müəllim,həkim,eml,mədəniyyət, incəsənət və sair sahələrdə çalışanların çoxu ipotekadan faydalanana bilmir.Ona görə də dövlətin bir otaqlı mənzillərlə yanaşı, həm də 2-3 otaqlı,ucuz başa gələn mənzillər tikilməsini təşkil etməsini və vətəndaşlar ayda 60-80 manat ətrafında pul ödəməklə(axırda həmin ev o ailəyə qalsın) təqdim etməsi, ipoteka sahəsində işlər geniş vüsət alar,əhalinin daha çox hissəsinin, xüsusən də gənclərin və gənc ailələrin mənzilə olan tələbatının ödənilməsi probleminin həlli xeyli sürətlənmiş olar.Bu həm də tikinti sektorunun bümuna, tikinti materialları sənayesinin sürətli inkişafına,qiymətli kağızlar bazarının dairəsinin genişlənməsinə ciddi təkan vermiş olar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az