Hollandiyada fəaliyyət göstərən Türk Federasiyası Novruz tədbiri keçirib

Hollandiyada fəaliyyət göstərən Türk Federasiyası Novruz tədbiri keçirib

Niderlanda gəldiyim gündən bu günə kimi bir çox tədbirlərə dəvət almış, imkanımın, zamanımın yol verdiyi bir çoxunda da iştirak etmişəm. Bunlar, sözün bütün mənalarında, müxtəlif məqsədlərə xidmət edən toplantılar olublar. Növbəti tədbirə məni Hollandiya Demokratik Ülküçü Türk Dərnəklərinin cəmləşdiyi Hollandiya Türk Federasiyasının Genəl Başqanı Murat Gedik dəvət etdi. İlk dəfə idi ki, bu Federasiyanın təşkil etdiyi tədbirə dəvət alırdım və bu tədbirin Türk dünyasının en sevimli bayramlarından olan Novruzla bağlı olduğunu biləndə isə marağım daha da artdı. Marağımın səbəbi isə çox sadə idi: yaxın illərə kimi rastlaşdığım bir çox Türkiyə Türkünə: “Novruz bayramın mübarək” – deyəndə cavab çox vaxt belə olurdu ki, bu bizim deyil, alevilərin bayramıdır. Bildiyim qədər Türkiyədə Novruzu yalnız İğdırda hər zaman coşqu ilə qeyd ediblər. İndi isə Novruzumuza sahib çıxmağa çalışırıq və bunu alqışlamağına dəyər. Ancaq təbii ki, Novruz, Azərbaycan da daxil, bir çox ölkələrdə uzun illərdir ki, qeyd olunur və bizim ən sevimli bayramlarımızdandır.

Gəlim tədbirə. Bu Novruz şənliyi bizim adət etdiyimizdən bir qədər fərqqli qaydada keçrildi. Ancaq bu, tədbirin möhtəşəmliyinə zərər gətirmədi. Niderlandda fəaliyyət göstərən və dünyanın müxtəlif ölkələrindən gələrək burda yaşyan 13 – dən artıq təşkilat, Benelüks Azərbaycanlılar Konqresi,Bolqarıstan Türkləri, Doğu Türküstan Uyğur Vakfı, Hollandiya Batı Trakya Türk Kültür Dərnəyi, Hollandiya Qazaxıstan Vakfı,Hollandiya Krım Vakfı, Hollandiya Nogay Vakfı,Hollandiya Türkmən Belh Vakfı, İrak Türkləri Gök Hilal Vakfı, Makedoniya Türkləri, Tatarıstan Türkləri və.s. rəhbər və nümayəndələr səviyyəsində və elcədə Türkiyədən, Moskvadan gələn qonaqlar qatılmışdı tədbirə. Hollandiya Türk Federasiyasının Genel Başqanı Murat Gedik iştirakçıları salamladıqdan sonra, hər kəs, tanışlıq məqsədilə, özünü təqdim etdi. Bundan sonra isə süfrəyə yemək, ardınca isə şirniyyat gəldi. Tədbirdə bu cür toplantıların əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, bura yığışan təşkilatlar mütləq bir-birinə dəstək verməli, bir çox tədbirlərə bərabər qatılmalı və nəhayət sözün həqiqi mənasında bir-birinin yanında olmalıdırlar. Murat bəy Genəl Başqanı olduğu Türk Federasiyasının lazım olan birlik üçün hər cür dəstək verməyə hazır olduğunu qeyd etdi. Tədbirdə eyni zamanda konkret təkliflər səsləndirildi və səslənən fikirlərin hər birinin nəzərə alınacağı qeyd olundu. 

Bu tədbir Türk təşkilatlarının, Türk dünyasının birliyi üçün atılmış daha bir addım oldu. İnanırıq ki, bu gözəl niyyət tezliklə gerçəkləşəcək. Bu işdə Hollandiya Türk Federasiyasına və digər bütün təşkilatlara uğurlar arzu edirik.

Vüqar Abbasov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az