Mart ayının 24 – də Niderlandın Den Haaq şəhərində, bu ölkədə fəaliyyət göstərən Türk-Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə möhtəşəm Novruz şənliyi keçirildi.
Tədbir Den Haaqdakı “Orepa” düyün salonunda idi. Salonun hər yeri Türk bayraqları bəzəmişdi. Tədbiri giriş sözü ilə dərnəyin başçısı İlhan Aşkın açaraq qonaqları salamladı və bu cür bayram tədbirlərinin məqsdəinin insanlarımızı, Türk dünyasını bir araya yığmaq olduğunu qeyd etdi. 500 – dən artıq artıq qonağın qatıldığı tədbirdə təkcə Niderlanddan deyil, eləcədə Belçika və Avropanın başqa ölkələrindən insanlar var idi. Adlarını qeyd etdiyim ölkələrdən 20 – dən artıq Türk təşkilatları başqan və nümayəndələr səviyəsində iştirak etdilər tədbirdə. Həmçinin Den Haaq bələdiyyə başçısının salam və təbriklərini, bələdiyyə başçısının müavini çatdırdı qonaqlara. Türkiyənin Den Haaqdakı Konsulunun müavini, Qazaxıstanın konsulu da qonaqlar arasında idi. Bu cür tədbirlərdə hər vaxt Türk dövlətlərinin bayraqları ilə qatılan, Avropada “Türk Bayraqdarı” kimi tanınan Əhməd Canın bayraq şousu tədbirə xüsusi şövq verdi. Bayram tədbirinin aparıcıları Novruzun qədim Türk bayramı olduğunu qeyd edib, Novruz atributlarını, Novruz bayramınının keçrilmə qaydalarını iştirakçıların diqqətinə çatdırdılar. Azərbaycandan və Türkiyədən gələn sənətçilərin ifaları insanların bayram ovqatını daha da yüksəlti.
Qeyd etdiyim kimi, tədbir sözün həqiqi mənasında yüksək səviyyədə keçrildi. Ancaq burda bir şeyi xüsusi qeyd etməsəm olmaz, deyə düşünürəm. Təəssüf edirəm ki, tədbirə Azərbaycanın Niderlandda fəaliyyət göstərən səfirliyindən kimsə qatılmamışdı, tədbirə dəvət almalarına rəğmən. Görünür millətimizi bir arada görmək səfirlik əməkdaşlarının ürəyincə deyildi. Əgər bu cür günlərdə də səfirlyimizdən aramıza qatılıb, bizimlə bir olmayacaqlarsa, o zaman deməyə söz qalmır. Tədbirdə iştirak edən Azərbaycan türklərinin bir təsəllisi həmən gün Türk dünyasını təmsil edən bir çox təşkilat və insanların bir yerdə olması idi və bu, qürur vericidir. Onsuz da biz səfirlikdə çalışanlarımızı hər vaxt yanımızda görməyə adət etməmişik. Ötən ildən fərqli olaraq, bu il şəxsən mənim gözüm heç onları aramadı da. Heç yerləri boş da deyildi. Qeyd etdiyim kimi, Türkiyə və Qazaxıstanın burda fəaliyyət göstrən, müvafiq olaraq, Konsul müavini və Konsulu, eləcədə Türk təşkilatları bizlərə boşluq hiss etdirmədilər. Öz adımdan onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Yaradan bizlərə hər zaman xoş günlər qismət etsin.
Vüqar Abbasov