Hulusi Akardan Co Baydenə cavab: “Bu cahillikdir”

Hulusi Akardan Co Baydenə cavab: “Bu cahillikdir”

"Qondarma iddianı "soyqırım” adlandıran ABŞ Prezidenti Co Bayden tarixi həqiqətləri təhrif və inkar edir”.

Miq.Az xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

"ABŞ prezidentinin "soyqırım” ifadəsi işlətməsi, inkar və təhrifdən başqa bir anlam daşımır. Erməni xalqını təmsil etməyən lobbilərin səyləri nəticəsində verilən qərarın məntiqi və əxlaqi izahı yoxdur”, - Akar qeyd edib.

Müdafiə naziri tarixin yenidən yazılmasının mümkün olmadığını bildirib:

"Bilmək lazımdır ki, belə siyasi açıqlamalarla tarixi yenidən yazmaq mümkün deyil. Tarixdən düşmənçilik düzəltmək və yeni qarışıqlıq yaratmaq qəbuledilməzdir. Vaxtilə türk və erməni cəmiyyətləri arasında baş verənləri "soyqırım” adlandırmaq cahillikdir, gələcəyi məhv etməkdir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az