Hüseynqulu Bağırovu aldadan məmur kimdir?

Hüseynqulu Bağırovu aldadan məmur kimdir?

Ekologiya və Təbii Sərvətlər nazirliyinin sektor müdiri baş verənlərə niyə biganə qalır?

Son dövrlər Azərbaycanın bir sıra şəhər və rayonlarında bəzi şəxslər və məmurlar tərəfindən yaşıllıqların kütləvi şəkildə məhv edilməsinin şahidiyik. Şəxsi maraqlarını həyata keçirmək üçün təbiətin bizə təbii bəxş etdiyi eləcədə, illərlə insan əməyi nəticəsində başa gələn gözəllik- yaşıllıq bir məmurun əmri və ya saxta sərəncamı ilə yox edilir.

Reallıq.info bu həssas mövzuya daim diqqət ayırmaqla ölkəmizin şəhər və rayonlarında xüsusi gözəllik yaradan və insan həyatı üçün önəm daşıyan yaşıllıqların qoruunmasına aidiyyatı qurumların diqqətini cəlb etməyə çalışır. Lakin…

Redaksiyamıza növbəti müraciət Gəncə və ətraf ərazılərdə yaşıllıqların məhvi ilə bağlı daxil olub. Əvvəllər Gəncəbasar adlanan bu ərazidə yaşıllıqlar çoxluq təşkil edirdi. Lakin sonradan məmur özbaşınalığı nəticəsində Gəncənin Samux rayonu ilə sərhəd bölgəsində ağac və kolların kütləvi şəkildə qırılması başladı. Ərazidən keçən "Kür” çayının sahilləri boyunca uzanan nadir ağaclarda məhv edilməkdədir.
 
Apardığımız araşdırmalar göstərir ki, Samux rayonunun Qırmızı Samux – Yenikənd adlanan ərazilərində nadir ağacların və yaşıllıqlar nəzarətsizlik üzündən kəsilir və məhv edilir. Ərazidə Gəncə ətraf rayon məmurlarının özlərinə ov etmək və dincəlmək üçün yaratdıqları şərait bir sıra problemlərə səbəb olub.

Kür ətrafı ərazilərin zəbt edilməsi və həmin ərazilərdə məmurların eləcədə iş adamlarının biznes fəaliyyətləri – fermalar, ov – istirahət yerləri və digər bu kimi obyektlərin tikilməsi ekoloji vəziyyətin ağırlaşmasına səbəb olub. Həmin ərazilərdə nadir ağacların kütləvi kəsilməsi nəticəsində vaxtilə diqqəti cəlb edən meşələr tarixin yaddaşına köçüb.

Gəncə və Samux ziyalılarının narazılığına səbəb olan bu faktlar Ekologiya və Təbii Sərvətlər nazirliyini görünür narahat etmir. Reallıq.info –ya daxil olan məlumatlarda bildirilir ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi ilə məşğul olmağa borclu olan şöbələri baş verən özbaşınalığa, qanun pozuntularına göz yumurlar. Bu da təsadüfi deyil – onların şəxsi maraqları vəzifə borcalarından öndə gəlir ki, nəticədə yaşıllıqlar məhv edilir və insanların narazılığı artır.

Bundan başqa Kür çayının ətrafında və Qırmızı Samux adlanan ərazilərdə bəzi şəxslərin qanunsuz ovçuluq faktları da var ki, bu faktlar araşdırılır.
Məsələ ilə bağlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevlə əlaqə saxlamağa və sorğularımıza cavab almağa çalışdıq. Lakin, Raqub müəllim telefon zənglərimizi cavabsız qoydu.

Nazirliyin məsul şəxsinin baş verənlərə biganə münasibəti nəticəsində yaranan narazılıqlar daha ciddi problemlərə yol açır. Raqub müəllimin, bizə və sadə vətəndaşlara məlum gerçəkliklərdən xəbərsiz olduğuna inanmırıq. Və ərazidə yaşayan insanların fikri ilə desək bu faktlar o qədər çılpaq görünür ki, sadə insan belə narahat olur. Biganə münasibət nəticəsində yaranmış problemlər Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovu narahat etməlidir. Onun tabeçiliyində olan məmurların şəxsi maraqlarının qurbanına çevrilən yaşılıqlar ekoloji fəlakət təbili çalır. Ola bilər ki, Raqub Mirzəyev baş verənləri cənab nazirdən gizli saxlaya bilir. Səbəbi isə ancaq özü bilir və bizdə bunu soruşmağa cəhd etdik. 

Qeyd edim ki, Raqub Mirzəyev bundan öncə də saytda qeyd olunan faktların araşdırılacağını bildirmişdi. Sonra sektor müdiri baş verənlərə münasibət bildirmək əvəzinə susmağa üstünlük verdi. Bizim sorğularımızı cavabsız qoymaq olar, bu ağır cinayət sayılmır. Lakin vəzifə səlahiyyətlərini aşmaq və naziri aldatmaq qanunla cəzalar tələb edir.
Məsələ ilə bağlı  araşdırmaşdırmalarımız davam edir. Yaxın zamanda əlavə məlumat veriləcək.
Qarşı tərəfin də fikirlərini öyrənməyə hazırıq.
Mövzuya qayıdacağıq.

Miq.Az









İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az