Hәyat yoldaşı, qaynı vә qayınatasını bıçaqladı - Xudatda dəhşət

Hәyat yoldaşı, qaynı vә qayınatasını bıçaqladı - Xudatda dəhşət
Ötәn gün axşam saatlarında Xudatda bıçaqlanma faktı qeydә alınıb.

Bir ailәnin üç üzvü bıçaqlanıb. Onlar 1958 -si tәvәllüdlü Mәmmәdrәsulov Azad Emil oğlu, onun oğlu 1985-ci tәvәllüdlü Tәrlan Mәmmәdrәsulov vә qızı 1991 -ci il tәvәllüdlü Yeganә Mәmmәdrәsulovdur. Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.

Xaçmaz rayon Polis Şöbәsindәn verilәn mәlumata görә, hadisәni törәtmәkdә şübhәli bilinәn şәxs saxllanılıb. Onun Y. Mәmmәdrәsulovun hәyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbәsindә araşdırmalar davam etdirilir. /APA.az/ 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az