İcra başçısı gənc xanımı özünə müavin TƏYİN ETDİ

İcra başçısı gənc xanımı özünə müavin TƏYİN ETDİ
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə gənc xanım təyin edilib.
 
Unikal.org-un əldə etdiyi məlumata görə, bu vəzifəyə 30 yaşlı Anara Kamil qızı Hacıbəyli təyin edilib.
 
Məlumat üçün qeyd edək ki, bu təyinata qədər Anara Hacıbəyli İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında Baş məsləhətçi vəzifəsində çalışırdı.
 
Pirallahı Rayon İcra Hakimiyyəti sözügedən xəbəri təsdiqləyib.
 
Qeyd edək ki, Anara Hacıbəyliailəlidir və 2 övladı var.
 
 
 
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az